bayraq günü Etiket Arxivləri:

Azərbaycan bayraqları – timeline

9 noyabr tarixi Azərbaycanda Bayraq Günü kimi qeyd olunur.

Qısa axtarışdan sonra Sizə müxtəlif dövrlərdə Azərbaycanın və ya tərkibində olduğumuz dövlətlərin bayraqlarını təqdim edirəm.

(baxmaq üçün səhifəni aşağı endirin).

 * * *

Azərbaycan Respublikası

Müstəqilliyimizin simvolu və bir çoxlarımıza görə dünyanın ən gözəl bayrağı )

 * * *

Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı (1952-1990)

Bu bayrağı xatırlayıram. Müstəqillik qazandıqdan sonra da bəzi məktəb və idarələrdə qalmaqda idi.

 * * *

Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı (1940-1952)

Kiril əlifbasına keçidlə bayraqda yenə dəyişiklik edirlir.

 * * *

Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı (1937-1940)

1937-ci ildə Azərbaycan SSRİ-də Latın əlfiası istifadə olunurdu.

 * * *

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (1922-1937)

Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-in müqavilə bağlayaraq birləşdikləri və 1922-1937-ci illərdə mövcud olmuş Federasiya.

 * * *

Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı (1920-1922)

Azərbaycan SSR-in ilk bayrağı. İttifaq yarandığı ilk vaxtlarda bütün türkdilli dövlətlərin bayraqlarında aypara və ulduz var idi.

 * * *

Azərbaycan Demokratik Respublikası
(1918-1920)

Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-ci ilin noyabrında qəbul etdiyi bayraq. Aypara və ulduzun ölçüləri barədə fikir ayrılıqları mövcuddur.

 * * *

Azərbaycan Demokratik Respublikası
(21 iyun 1918-9 noyabr 1918)

ADR Gəncə şəhədində yerləşən zaman qəbul edilmiş bayraq. İlk bayrağımız. Osmanlı bayrağından fərqi ulduzun səkkiz guşəli olmasıdır.

 * * *

Zaqafqaziya Demokratik Federativ Respublikası (aprel-may 1918)

Cəmi 2 ay mövcud olmuş və Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduqları Federasiya.

 * * *

Nadir Şah dövrünün bayrağı (XVIII əsr)

Səfəvilər İmperiyasının bayrağı (XVI əsr)