İDEA Kampaniyasının nümayəndələri “Yaşıl Enerji Düşərgəsi” iştirakçıları ilə görüşmüşlər.


Green Energy Camp

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış İDEA (İnternational Dialogue for Environmental Action) Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə 2012-ci il 22-25 mart tarixlərində Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində gənc ekoloqlar üçün “Yaşıl Enerji Düşərgəsi” davam edir. Layihənin əsas məqsədi gənc ekoloqların alternativ enerji resursları haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclərin alterntiv enerji mexanizmləri və onların iş prinsipləri ilə daha yaxından tanış edilməsidir.

24 Mart tarixində “Yaşıl Enerji Düşərgəsi”nin iştirakçıları üçün İDEA-nın “Azərbaycan gənclərinin Rio+20 sammitinə səfərbər edilməsi” layihəsinin təqdimatı keçirilmişdir. Qeyd olunan layihə Heydər Əliyev Fondu və BMTİP Azərbaycan arasında imzalanmış anlaşma memorandumuna əsasən həyata keçirilir. Layihənin məqsədi BMT-nin Rio+20 sammiti öncəsi Azərbaycan gənclərinin sammit və dayanıqlı inkişaf konsepsiyaları barədə məlumatlandırmaq, onları bu prosesdə daha fəal iştirakını təmin etməkdən ibarətdir.

2 saat davam edən görüş zamanı İDEA Kampaniyasının nümayəndələri Ramiz  Babayev və Rauf Mərdiyev layihə iştirakçılarına dayanaqlı inkişaf, yaşıl iqtisadiyyat və iqlim dəyişikliyi və onunla mübarizə, habelə Azərbycan gənclərinin bu proseslərdə rolu mühazirə demişlər. Daha sonra görüş sual-cavab formasında davam etdirilmişdir.

This slideshow requires JavaScript.

About these ads
Tagged with: , , , , , , , , , ,
Posted in Azerbaijan

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s



Categories

Abunə olmaq üçün e-mailinizi daxil edin və yeni yazılar barədə xatırlatmalar ünvanınıza gəlsin.

Join 39 other followers

My PageRank
Note
This blog represents my thoughts. It certainly does not represent any official view of "IRELI" Public Union or EHA.
Hits since May 2011
free counters
Hit counter
  • 203,446 hits
Follow

Get every new post delivered to your Inbox.

Join 39 other followers

%d bloggers like this: