Bu gün “İRƏLİ” İctimai Birliyinin təşkil etdiyi “Mənim Azərbaycanım” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
İlk öncə müsabiqə barədə bir neçə söz demək istədim. İyul ayında start verdiyimiz layihənin mövzusu barədə uzun müddət müzakirə aparmışdıq. Azərbaycan və vətənpərvərlik mövzusunda indiyə kimi bir çox yarışmalar həyata keçirilib. Amma ”Mənim Azərbaycanım” doğurdan da bir ilkə imza atdı.
Ümumilikdə 100-dən artıq foto qəbul olunsa da son nəticədə onlardan yalnız 56-sı müsabiqədə iştirak şansı əldə etdi. 2 həftə davam edən səsvermə olduqca qızğın mübarizə şəraitində keçdi.
Mübarizə olduğu zaman isə öndə olan və izləyənlər olur. Bu müddət ərzində bizə bir çox iradlar, şikayətlər bildirildi. Hətta bir neçə halda iştirakçılar yarışmadan uzaqlaşmaq üçün müraciət belə etmişdilər və biz onların istəyini nəzərə almışdıq.
Əsas irad yarışın ilk günlərində geri qalan iştirakçılar tərəfindən daxil olurdu. Məzmun çox qısa idi – “Like müsabiqəsi ədalətli deyil”. Halbuki müsabiqənin elanlarında qalibin hansı üsulla seçiləcəyi aydın şəkildə yazılmışdı.
Ədalətli məsələsinə gəlincə, bu müsabiqədə qalibləri peşəkarlar müəyyən etmirlər, istifadəçilər müəyyən edirlər. Hansı ki, istifadəçilərin də sırasında kifayət qədər peşəkarlar var. Bəklə də, Facebook “like” müsabiqələri daha ədalətli seçimlərdir. Burada müəyyən qrupun baxışları deyil, hər kəsin istəkləri nəzərə alınır.
Səsvermənin davam etdiyi 2 həftə müddətində qaba hesablamalara görə səs verən istifadəçilərin sayı 17 000 nəfər idi. Bu Azərbaycanda keçirilmiş ən böyük internet müsabiqəsidir. Müsabiqə ərzində 17 000 səs, bu 2 həftə boyunca hər günə 1 200 səs deməkdir. Bu indiyə kimi heç kəsin əldə edə bilmədiyi göstəricidir.
Son günə qədər davam edən mübarizədə qalib gələn foto təxminən 3 600 səs toplamışdır. Bu da tam bir rekorddur.
Bu gün Müsair İncəsənət Mərkəzində müsabiqəyə qatılan fotoların nümayiş olunduğu sərgi təşkil olundu. Sərgi müddətində qaliblərə diplomlar və layiq olduqları hədiyyələr – iPad 2 16 GB Wi-Fi, Blackberry Blod 9700, Sony Cyber-shot digicam verildi. Həmçinin ilk 10 yerin sahibinə iştiraka görə sertifikatlar təqdim olundu.
Daha bir yaddaqalan məqamı qeyd etməliyəm. Bu il qəbul imtahanlarında 700 ballıq maksimum nəticə göstərən İRƏLİ üzvü Ləman Məmmədovaya Fəxri Fərman və bu netbuk hədiyyə olundu.
Qaliblərin hər birini təbrik edir və uğurlar arzu edirəm.
Twitter
Facebook


