Armenian terror: upgraded

Şərh yazın

An article about Karabakh appeared in last week’s edition of Washington Post. The article was unequivocally written against Azerbaijan. One could come across falsification of historical facts, as well as denial of widely-admitted truths. Author Will Englund demonstrates sick imagination, noting that Karabakh is a historical Armenian land and that it was annexed to Azerbaijan in early XX century by Stalin. 

Author continues impudently:

In 1988, Karabakh’s leaders said they wanted to be joined to Armenia proper, just to the west. Moscow never really answered, but in Azerbaijan, pogroms were launched against ethnic Armenians in response, with dozens killed.

I doubt Will Englund is unaware of the fact that hundred thousands of Azerbaijanis were deported from Armenia during Soviet rule. Author aims to describe Armenians as constantly oppressed nation and turned a blind eye to these facts. (You can read about it more in Hikmet Huseinov’s blog)

 Another lie:

 The president of the Armenian republic, Levon Ter-Petrossian, accused Gorbachev of trying to blackmail Armenia into joining a new Soviet treaty of union.

More

TEDxBakı Gənclink : “”Limitlərimiz”

Şərh yazın

2 iyul 2011 tarixində Bakıda keçirilmiş TEDxBakı Gənclink konfransında “limitlərimiz” mövzusunda çıxışım.

Erməni terroru yeni, uşaq oyuncağı formasında

Şərh yazın

Armenian terror

Ötən həftə Washington Postda Qarabağ haqqında məqalə dərc etmişdi. Məqalənın Azərbaycanın əleyhinə yazılması birmənalı idi. Burada tarixi faktların saxtalaşdırılmasından tutmuş, hər kəs tərəfindən qəbul olunan həqiqətlərin inkarına qədər bir çox məqama rastgəlmək olardı. Müəllif Will Englund xəstə təxəyyül nümayiş etdiri, Qarabağın qədim erməni torpağı olduğunu və yalnız XX əsrin əvvəlində Stail tərəfindən Azərbaycanın tərkibinə qatıldığını qeyd edir.

Müəllifin həyasızlığı isə davam edir:

In 1988, Karabakh’s leaders said they wanted to be joined to Armenia proper, just to the west. Moscow never really answered, but in Azerbaijan, pogroms were launched against ethnic Armenians in response, with dozens killed.

More

Əfqanıstanda Milli Qəhrəmanımızın oğlu həlak olub

Şərh yazın

Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramısı nəticəsində həlak olan 30 yaşlı Elnur Mahmudov Milli qəhrəman Ərəstun Mahmudovun oğludur. Bort operatoru Elnur Mahmudovun da qismətinə atası, Milli qəhrəman, hava gəmisinin bort mexaniki Ərəstun Mahmudov kimi qəzada həlak olmaq yazılıbmış.

Onun atası 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub.

“Ən böyük arzum o idi ki, o haralarda uçub, qismət olsun, mən də o bölgələrin üstündən uçum, görə bilim ki, onları harada vurublar. Atam evdəkiləri mənə tapşırmışdı. Anandan, bacılarından muğayat ol deyirdi. Evi sənə tapşırıb edirəm demişdi. Sonradan başa düşdüm k, o bu sözləri mənə niyə deyib”, – deyə vaxtilə rəhmətlik Elnur Mahmudov demişdi.

Ərəstun Mahmudov – Azərbaycanın Milli Qəhrəmanı.

23 fevral 1957-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmiş, 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi. Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhərmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Oxuduğu 220 saylı orta məktəb qəhrəmanımız Ərəstunun adını daşıyır.

Allah rəhmət etsin!

Məlumat:

Azərbaycan Respublikasına Xidmət Edirəm

Wikipedia

TEDxBakı Gənclink barədə

Şərhlər

TEDxBaki Gənclink

2 iyul tarixində Azərbaycanda sayca 3-cü TEDx tədbiri olan TEDxBakı Gənclink konfransı baş tutdu. Təşkilatçılar bu tədbiri “Ruhun dili ilə” və “Qadınlar” mövzusundan sonra gənclərə həsr etmişdilər. Bu TED-in daha bir yeniliyi “İRƏLİ” İctimai Birliyinin tərəfdaş qismində iştirakı idi.

Öncəki 2 TED barədə məlumatı və çıxışları YouTube-da izləmişdim və təsəvvürümdə olan, digər ölkələrdə keçirilən TED-lərdən fərqlənirdi. Bəlkə də spikerlərin çoxunun yaşlı nəslin nümayəndələri olması və ya hər zaman birinci addım çətinliyi TEDxBakı-nı ənənəvi TED-lərdən fərqli edirdi. Amma bu dəfə səhnə gənclərin idi…

More

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers