BigMak menyu sifariş verdikdən sonra, Cola-nın Zero olmasının heç bir önəmi yoxdur.
Dünən Azadlıq Radiosunun efirində növbəti klounadanı dinlədik. “İşdən sonra” verilişinin mövzusu “Azərbaycanı təmsil edən heykəllər…” qonaqlar isə nida vətəndaş hərəkatının üzvü Turqut Qəmbər və freelancer Turan İbrahimov idi.
İlk öncə onu qeyd edim ki, nə Azadlıq Radiosu obyektiv media qurumu, nə nida ciddi bir hərəkat, nə də Turan İbrahimov iqtidarın tərəfini saxlayacaq şəxs kimi qəbul olunur. Turqut Qəmbər isə verilişə böyük ehtimalla başqa adam tapılmadığına görə çağırılmışdı.

Yesən də budur, yeməsən də!
Azadlıq Radiosunun obyektivliyi barədə bircə onu demək istərdim ki, keçən ilin oktyabr ayında Bəhlul İsmayılov adlı bir şəxsi YAP-ın gənclər təşkilatının sədri kimi efirə çıxardan sonra bu məsələyə birdəfəlik nöqtə qoyuldu. Düzdür məsələ böyüyəndən sonra Radionun rəsmi səhifəsində və verilişin audioyazısında müəyyən dəyişiklik edilsə də artıq iş-işdən keçmişdi.
Turqut Qəmbərin təmsil etdiyi qrupa gəlincə, şəxsi anlaşılmasın, amma mənim nəyisə qəbul etməm üçün həmin qrupun, qurumun özəyi olan insanlar normal olmalıdırlar. Əgər nida ideyasını yaradan insanlar arasında ailə tərbiyəsindən məhrum, psixi problemləri açıq-aşkar göz qabağında olan və əxlaq çatışmamazılığı sindromlu insan varsa, hayatda yeganə uğuru kreditə laptop almaqdan başqa uğuru olmayan insan varsa, mən onlar heç zaman ciddi qəbul etməyəcəyəm.
Qayıdaq klounadaya. Turan, Turqut və Xədicə. Təkrarolunmaz trio. Müzakirəni dinlədikdən sonra buna əmin olacaqsınız. Ən mükəmməl nəticələr detallar biri-birini tamamlayan zaman olur əldə olunur. Bizim hal da belə idi.
Veriliş ərzində danşıqları bölsək:
- Turan – 50 %
- Xədicə – 35 %
- Turqut – 15 %
Bəzən elə təəssurat yaranırdı ki, Turqut verilişinə iki qonağı dəvət edib və onların mübahisəsi onun üçün bir o qədər də önəmli deyil. Deyilənə görə Xədicə xanım hər verilişdən əvvəl hansı qonağın tərəfini tutacağını müəyyənləşdirmək üçün püşk atır. Qəribəsi odur ki, püşkatma hər zaman müxalifət nümayəndəsinin xeyrinə bitir. Bundan sonra klounadanın all-for-one bonusları başlayır:
- İlk və çox ümumi sualın iqtidar nümayəndəsinə verilməsi
- Müxalifət nümayəndəsinə veriən suallarda verilməli olan cavaba açıq ehkam
- İqtidar nümayəndəsinin çıxışı zamanı aparıcının yersiz replikaları
- İqtidar təmsilçisinin sözünün “dönə-dönə üzr istəyirəm” deyilərək kəsilməsi
- SMS-lərin mürəkkəb seçim mərhələsindən keçiməsi
- Eyni-eyni şəxslərin oxşar məzmunlu telefon zəngləri
- Aparıcının müxtəlif hissələrdə verdiyi məlumatların nədənsə hər zaman iqtidar əleyhinə olması və s.
Twitter
Facebook









