Nəhayət ki, sosial şəbəkələrdə uzun müddət danışılan gün gəlib çatdı. Böyük qəzəb günü – təşkilatçılar bunu belə adlandırırdılar. Plana görə “xalq” öz “qəzəb”ini göstərməli idi. Düzdür, “xalq” 300-350 nəfər insan, qəzəb isə qışqırıq və hay-küy oldu. 11 Mart hadisələri zamanı Bakıda olmadığımdan baş verən proseslərə bu yazımda münasibət bildirmək və diqqətimi çəkən bir neçə məqama toxunmaq istərdim. Beləliklə, başlayaq.
BAŞSIZ PİYADALAR
Özümü aksiya iştirakçılarının yerində təsəvvür etmək istədim. Axı necə olur ki, insanlar inandıqlar, rəhbər saydıqları bir şəxs olmadan azadlıq və demokratiya kimi böyük dəyərlərdən danışırlar? Həmin an onların hansı hisslər keçirdiyini təxmin etmək istərdim.
Sosial şəbəkələrdə məsələ aydındır. Klaviatura qəhrəmanları hamısı xaricdədir. Cola, burqer və notbuk. Otur, ye, iç, yaz. Hərdən darıxanda vebkameranı qoş otağını göstərsin sonra da de dünyada ilk mobil TV və s. yaratdım.
Bəs hanı Sizin realda rəhbəriniz, lideriniz? Keçmişləri məlumdur, ən həlledici anda belə TV pultunu kütlənin qarşısına çıxmaqdan üstün tutarlar. Niyə insanları radikal çağırışla cinayətə belə çağırmağa hazır olan insanlar, özləri öz rahatlıqlarını pozmurlar? Niyə görə Facebook-da adamı diri-diri yeməyə hazır olan İsa Qəmbərin oğlu bu gün susur?
Twitter-də kimsə yazdı ki, “Nemət Pənahovu tutublar. Halal olsun ona! Nemət Pənahov İsa Qəmbərin səhra komandiridir.” Qardaşım, Nemət Pənahov İsa Qəmbərin ən uzağı piyadası ola bilər. Çünki, piyada hər zaman öndə olun və bəzi kombinasiyalarda qurban verilir.
Piyadalar, filləri və şahmat taxtası arxasında oturanları buraxıb növbəti məsələyə keçək.
FONTAN SEVGİSİ
Bəzi insanlar üçün hələ də sərbəst toplaşmaq hüququ “harada istəyirəm, nə istəyirəm edirəm” anlamını verir. Əvvəllər Dalğa və s. kimi gənclər təşkilatları aksiyalar keçirəndə xüsusi təkid etməzdilər. Yetər ki, polis gəlsin, tutub aparsın, biz də xarici təşkilatlara yazaq. Yer o qədər də önəmli deyildi.
Bir vaxtlar müxalifət də yola gəlmişdi – razılaşdırılmış mitinqlər keçirirdi. İnsanlar sərbəst şəkildə toplaşır, heç kimin hüququ tapdanmadan, heç kimin qarğışını qazanmadan tədbirlərini keçirirdilər. Yadımdadır, bir vaxtlar belə tədbirlər Qələbə meydanında baş tutrdu.
Hətta şəhər mərkəzindən kənarda olsa belə bu aksiyalar insanları narahat edir. Yaşadığımız və futbol oynadığımız yerə yaxın olduğundan məktəbli vaxtlarımızda bu problemlə çox qarşılaşmışıq.
İndiki müxalifətin də qanuni yolla deyil, illahi də fontanlar meydanında olmalıdır təkidi anlaşılmazdır. Nəyə görə sadə vətəndaş nahar vaxtı iş yerinə qayıda bilməməlidir? Nəyə görə ana iki uşağını qucağına alıb səs-küy gələn yerdən həyəcanla qaçmalıdır? Nəyə görə sahibkarların hüquqları pozulmalıdır? Mən xirda ticarətlə məşğul olan insanları demirəm.
Müxalifətin fontan sevgisi hələ də müəmma olaraq qalır. Belə getsə Ukrayna və Qələbə meydanlarında da fontanlar tikmək zərurəti yaranacaq.
DÖYÜŞƏ YALNIZ QOCALAR GEDİR
Sosial şəbəkələrdə yüzlərlə gənc gecə-gündüz asıb-kəsməsinə rəğmən kütlənin böyük əksəriyyəti stajlı və beyinlərinə müxalif fikirlər hopdurulmuş 35 yaşından yuxarı insanlar idi. Bəzən hərəkətləri ilə bu sahədə bir xeyli təcrübəyə malik olduqlarını göstərirdilər. Bir iştirakçının 5 dəqiqə fasilə ilə aşağıdakı ifadələrini eşitmək çox maraqlı idi:
“Azadlıq!”
“Vurma, xəstəyəm”
“Ay kişi, buraxın məni. Evimə gedirdim.”
Amma etiraz edənlər stajlı olduğu kimi, polislərimizin arasında da stajlılar var idi.
Facebook-da fake profillərlə hay-küy qaldırmaq, profil şəkilləri dəyişib kimlərəsə hansısa mesaji çatdırmaqla deyil. Bəs müxalifət cavanlaşmışdı? Bəs yeni super-puper iPod generation gəlirdi?
İnanmırsınıza araşdırın. Müxalifətin son son 3 aksiyasından 20 foto götürün və tutuşdurun. Əgər orada iştirak edənlərin yarısından çoxu yaşlı insan olmasa və hər 3 aksiyada iştirak edən eyni insan tapa bilməsəniz mən buradaca yazdıqlarımıgeri götürməyə hazıram.
Beləlikə, pultun kimdə olması, elanın qəzetdən ya Facebook-dan verilməsindən asılı olmayaraq döyüşə hər zaman qocalar gedir.
GÜNÜN QƏHRƏMANLARI
2 aprel tarixində ən çox təəssüf etdiyim peşə sahibləri polislər və junalistlər idilər. Hər iki qrup öz istirahət günlərini qaçhaqaç və gərginlikdə keçirdilər.
Polisin hərəkətlərini isə xüsusilə alqışlamaq lazımdır. Yalnız asayişi pozanlarla mübarizə deyil, eyni zamanda dinc insanlarının hüquqlarının və əmlakının qorunması üçün əllərindən gələni etdilər. Nə qədər mənfi danışılsa da mən bu gün Azərbaycan polisini bir daha kəşf etdim.
Peşəkarların dili ilə desək polis “təmiz” işlədi. Operativ və səliqəli. Bir nəfərin də olsun burnu qanamadı.
Düzdür, müxalitət propaqandası nəticəsində ayağı “sınan”, dizi “çatlayan”, çiyni “əzilən” yüzlərlə insan olacaq, bəlkə də Xədicə artıq həmin siyahını qafiyəli formada səsləndirir ya da hansısa local “Al-Kaeda” öz veb səhifəsində yerləşdirib. Həqiqət isə Azərbaycan polisinin davranış və peşəkarlığının əvvəlki illərə nisbətən bir xeyli irəlilədiyini göstərir.
Fotolar isə indi demokratiya etalonu kimi çıxış edən ölkələrdəki icazəsiz aksiyalarla Bakıdakı aksiya arasındakı fərqi göstərir.
QIRMIZI XƏTT
Polisin ayıq-sayıqlığına baxmayaraq bir neçə neqativ məqam oldu. Bu məqamlardan biri o qədər ciddi idi ki, hadisələrin sonrakı gedişinə həlledici təsir göstərə bilər.
Hiss olunurdu ki, bəzi aksiya iştirakçıları TV və Youtuba-a çox baxıblar. Təəssüf ki, yalnız baxıblar, anlamayıblar. 28 May metrostansiyası istiqamətində hərəkət edən bir qrup etirazçı Tunis, Misir hadisələrindən ruhlanaraq əllərinə daş, dəyənək alıb ətrafda olan mağazaların vitrinlərini, bankomatlara hücum etməyə başlayıblar. Nəticədə bir neçə obyektə o cümlədən Bank Standartın filiallarından birinə ciddi ziyan dəyib.
Şəxsi əmlakın dağıdılması yolverilməzdir və bu hərəkətlə müxalifətçilər özlərinin əleyhinə olan insanların sayını bir xeyli artırıblar. Amma bu da qorxuludur. Çünki, bizim müxalifət sayca azaldıqca daha dağıdıcı və azğın olur.
Bu gün bu azğınlıq pik nöqtəsinə çatdı və onlar üçün müəəyyən olunan qırmızı xətt keçildi. Artıq neytral fikirli insanlar da onların əməllərinə haqq qazandırmayacaqlar.
YUMRU RADİO
Bizdə bəzi sözlər zaman və məkandan asılı olmayaraq daima dəbdədir. Məsələn, tərəfsiz. Biz tərəfsizik. Biz obyektivik.
Qəzəbindən mağaza vitrinləri sındıran 350 nəfərlik ”xalq”-ın aksiyasını çox media orqanları işiqlandırdı. Bunlar arasında xüsusilə birinə toxunmaq istərdim.
Özünü daima digərlərinə örnək, opeartiv, qərəzsiz sayan bir radio var – Azadlıq radiosu. Nə zaman, nə üçün yarandığı, müxtəlif vaxtlarda hansı məqsədlər üçün istifadə olunduğu hər kəsə məlumdur, toxunmayacağam.
Toxunacağım məsələ bu gün Azadlıq Radiosunun efirində eşitdiyim fikirlərlə bağlı olacaq. Bir müddət öncə radionu ən tərəfsiz, orada hansısa vəzifə tutmuş indi isə aparıcılıq edən Xədicə xanımı da ən tərəfsiz jurnalist adlandırmışdılar. Qulaq asdım və danışılan “tərəfsizliyin” canlı şahidi oldum.
Özünə obyektiv deyən qurum heç olmasa adına hörmət edib aparıcısından azacıq da olsa “tərəfsiz” görünməsini tələb edə bilər. Amma bir halda ki, “tərəfsiz” radionun “tərəfsiz” aparıcısı onun istəmədiyini demədiyinə görə onu təhqir edirsə bu artıq dəhşətdir. Sizin iki yolunuz var: ya Siz də “tərəfsiz” münasibət bildirməli və arzulanan istiqamətdə danışmalı və ya təhqir olunmalısınız. İnanın, digər topa-tüfəngə tutulan TV və radiolar bundan daha abırlı iş görürlər.
Azadlıq radiosunun HR-ı hara baxır? Niyə öz kadrlarının peşəkar, etik davranışlarını təkmilləşdirmirlər?
Həndəsədən dairənin (halqa) də tərəfsiz olduğunu bilirik. Belə getsə “tərəfsiz” radioya YUMRU RADİO deyəcəyik, “tərəfsiz” aparıcı isə… HR-a inanırıq.
SON SÖZ ƏVƏZİ
Yaşananları gördük. Bunlar deyil, bunların yarısı belə sağlam düşünən insanlar üçün nəyin pis, nəyin yaxşı olduğunu müəyyən etmək üçün kifayətdir. Əsində sual, pis və yaxşını müəyyən etmək deyil. Xalq öz seçimini edib. Sual pis yola düşənləri necə xilas edəcəyimizdədir. Çünki, 350 nəfərdən 50-si “atıntı” olsa da, digərləri cəmiyyət və dövlətə yararlı ola bilərlər. Çünki, onlar da Azərbaycanlılardır. Çünki, sabah onlar da əllərinə silah alıb Vətəni qorumağa gedəcəklər (qəlbimin dərinliklərində buna inanıram).
Həmin insanlarla daim işləməli, onları xəyanətkarların, siyasi klounların, dezertirlərin, klaviatura cəngavərlərinin, şəxsiyyətini itirmiş amma hələ də özünü Azərbaycan gənci kimi qələmə verənlərin, Facebook-da Xocalı adından istifadə edib şəxsi mənafə güdən şərəfsizlərin təsir dairəsindən qurtarmalıyıq.
Allah bu yolda hər birimizə yardımçı olsun.
Hörmətlə,
Rauf Mərdiyev
Sadə vətəndaş, paytaxt sakini :)










Apr 03, 2011 @ 00:16:27
Sen nece insansan ki bunlari bele yaza bilirsen?
Duz deyirsen, polis “temiz” ishledi,
Sen butun mitinqlerdeki o mulki geyimlilere ne deyirsen? Shusheleri, vitrinleri sindiran “suni muxalifetchilere” ne deyirsen?
Eli Kerimlinin evin qarshisinda mecburi yighilaraq getirilmish o genclere ne deyirsen? Bes niye onlari polis daghitmadi, orda da “temiz” ishlemedi? Amma bashqa hardasa 3-5 gecn yighishan kimi 30-50 polis yighishir bashina?
Rauf, sen ve senin kimi Dove gencler gec tez cavab vereceksiz xalqiniz qarshisinda. Bu il olsun, gelen olsun. Amma olacaq. Gec-tez olacaq. Seni onda gorerik!
Apr 03, 2011 @ 01:35:05
yaxsi yazmisan ay brat. Polis dubinka isletmedi. Evveller vururdu.
Apr 03, 2011 @ 01:55:17
Vallah menim hec mitinqden xeberim olmuyub. Men axirinci defe Yeni Musavatda oxudum ki, texire salinib.
Apr 03, 2011 @ 01:58:40
Bey, Azadliq oxu, mitinq texire salinmayib. Bu gun oldu.
Tecili bir ishim chixdigindan men gele bilmedim. Amma gerek gelen defeden birimiz chixaq. Yaxshi deyil.
Apr 03, 2011 @ 02:06:36
Rauf cox gozel qeyd etmisen.Azerbaycana senin kimi gencler lazimdir.Ruslar demiwken”cern viwla na ulici” ve hecneye nail olmadilar)Bravo
Apr 03, 2011 @ 02:59:59
Qorxmayin beyler, men buradayam! Lazim olanda arxanizda, lazim olanda qabaginizda.
Apr 03, 2011 @ 13:14:16
rauf sen duz demirsen.men ne muxalifeti ne de hakimiyyeti desteklemirem.amma Azerbaycana Misir hadiseleri lazimdir
Apr 03, 2011 @ 13:26:11
sebebi bilirsen nedir?arabir bos olanda cix kuceleri gez.kucede dilenen o insanlara bax.rayonlarda kucelerde issiz cavanlara bax.ordunun ucqarlarindaki esgerlerin gunune bax.ozunu 80 manat pensiya alib dolanan insanin 100 manatla aile saxlayan aile bascisinin yerine qoy.televiziyada gunden gune artan kriminalin sebebi ile maraqlan.coxu da gencler.sonra da gel otur internetde muxalifetle iqtidarin davasin bax.ondan sonra goreceksen ki bize ne lazimdir
Apr 03, 2011 @ 21:07:47
İsa Qember, Eli Kerim, Penah mence Etibar Memmedov kimi çekilmelidirler bir kenara. Ozleri deyirler filankes 20 ildir fialn vezifede isleyir niye cixmir? Men de deyirem ay isa ay eli kerim siz de 15-20 ildir partiya sedrisiniz niye cıxıb getmirsiniz? Bir partiya sedrliyinden cıxa bilmirsinizse niye vezifeli şexsleri qinayirsiniz?
Apr 03, 2011 @ 22:46:27
Rauf salam Menim sene hormetim var ! Amma senin yazdigin bu serh sen de bilirsen ki heqiqeti eks etdirmir. Mene sadece bir sey maraqlidi men bu serhi oxuyanda bu olkede neyin dogru neyin yalnis oldugunu mueyyenlesdirmey cetin olduguna bir daha emin oldum! Senin yerlesdirdiyin sekiller tamamile ordaki hadiselerdendi ! Men razi Amma nedense insanlari avtobusda yigib gas balonu atib onlari ezisdirenlerin sem dediyin POLIS -den yazmamisan ! Onu duz deyirsen ki Liderler orda olmayib ! Camaat xaotik hereket edib ! Men razi ! Yaxsi Gel onu da deyey ki bu guya kenar olkelerin quvvelerin tesiridir ki olkede qarisiglig yaratmag isteyirler ! Bes niye gore sade vetendasin Oz konstitusyon huququ olan SERBEST toplasmag huququ insanlarin elinnen alinir ? Iqtidara istediyleri yerde ve vaxtda aksiya kecirmeye icaze olar amma muxalifete yox !? Ne ise bu uzun movzudu … Sadece hadiselere bu terefden de baxmaga calis .. Men her seyi cox gozel bilirem .. Sen dediyin ellerine das kesey alan insanlar ! Bu artig sinagdan kecmis provokasiyadi .. ALLAH boyukdu ! Sen de yaxsi bilirsen ki senin yazdiglarin semimi ve siravi insanlarin haqlarini hece saymagdi !
Azerbaijan: Chaos as riot police intervene in 2 April protest · Global Voices
Apr 03, 2011 @ 22:59:10
Apr 04, 2011 @ 00:17:57
Burda yazilanlari dunen oxumushdum…sonra polislerin vehshiliklerini,gadinlari surumesini eks etdiren kadrlari,shekilleri gorenden sonra birde indi oxuyub anlamag isteyirem hansi duzdur ve hech ne anlaya bilmirem…daha da chox chashdim((…Yegin ki,”U kajdogo svoya pravda”…Yegin ki,”U kajdogo i svoya ne pravda”…Heyif ki,vetenimin realliglarindan chox uzagam ve buna gore de “U menya pustota”:DDD
HELELIK “PUSTOTA”…ya nadeyus!!!
Apr 06, 2011 @ 00:52:38
“Ireli Gencler Teskilatinin” uzvu olan birinden bundan artiq meqale onsuz da gozlemirdim…Ora uzv olan her kes yaltaqliqdan basga bir sey bilmir,mene maraqlidir goren bu cur yaltaqliga gore ne qeder rusvet basirlar cibinize?)) aaa xatirladim rusvet olmasin,xarice seferler olsun gedib gezirsiz de) ona gore korsuz ozunuzden basgasin gormursuz…ele bilirsen mitingde gedenlerin hamsi kefinden gedir? ya kiminse tirkasina gedenlerdi? camaat qirilire xeberin var? belede ki hardan xeberin olacaq,senin kimilerin gozune ve qulagina “perde” cekilib artiq… 20 ildi Eliyevler sulalesinin esaretinde surunuruk ne xeyri deyib bize he? gor ne gune qalib bu millet ki milyonlar gelir neftden qazdan ancag 1-2min manat puldan otru cixib verlislerde onnan bunnan komek isteyirler…yoxsa Tv-de izlemirsen? Belke Qarabagi qaytariblar xeberimiz yoxdu? yo yo gozel is yerleri,geseng maas,full yasayis,azadligimiz,her seyimiz var… var var niye yoxdu , sadece bizim planetde deil, o artiq sen yasadigin planetdedir,ona gore bizim planetde olanlardan xebersizsen… biz ele seyleri elde etmek ucun kimlerinse qarsisinda eyilmeli,namus-qeyret satmaliyiq..ona gore buralar pozulub,yaxsisi budu sen otur ele orda xeyal et,yazilarinla da yaltaqliqla mesgul ol,bura gelsen axirin belli deyil)
Apr 06, 2011 @ 01:57:36
RAUFRAY negeder ki, sizin kimi yaltaglar var ve olacag bu xalgin hali düzelmiyeceg.Jerenovki düz deyib Aliyev vajak a narod stada barana, i bu katigoryaya cox tesüf ki, siz aidsiz.gelin keceg esas meseleye deyin mene bu bir nece ilde ne deyishib , 1 cisi agaclar ekilib sport kompleksleri tikilib gül bayramlari kecirilib ve saire ve saire.Azerbaycan xalgina agacdi gül bayramidi lazim degil Azerbaycan xalgina sacial yardim lazimdi mashlarin düzenli verilmesi lazimdi ve bagishdayin meni 50 manat 100 manat degil bu gülünc meblegdi Azerbaycan icin,Keceg xesteler RAUFRAY bey siz hec girib baxirsiz xeyriye forumlarna umid.az xeyriye.az siz hec görmüsüz nece insan xestde yatagindadi ve onlara hec cür pul yigila bilmir, siz bilirsiz bu ne demekdi , bu o demekdi ki, sizin sevimli vajakviz size tüpürüb üstündende su icib .Diyeceksiz H Aliyev fondu var
))))))))))))))))))))) o fondku heckime kömek elemir .Ve gülünc olan bir sheyde var Azerbaycan kimi bir ölkede transplantatsya emelyatlarna icaze yoxdu , gülüncdü ele deyilmi.Demeli bir insan eger transplantasyayla yashama devam ede bileceyi halda azerbaycan buna icaze vermir
)))))))))))))) ve bizim xalg neyleyir Irana gedir ve Iran xezinesine küllü migdarda pul ödeyir.Olmaz di ki, bizdede icaze verilseydi beyem azerbaycan hekimleri bugedermi savdsizdi, demek menim fikrimce azerbaycanda tehsil rüshvetnendi deye savadli hekimlermizde yoxdu , bu demeli bu anlama gelir .Menim deyecegim bugeder cox yazib bashivizi agritmag istemirem , xalgini seven insan xalginin terafdari olar sherefsiz polis terefdari degil.
Apr 06, 2011 @ 23:38:45
yuxarida o JR adi ile yazana deyirem ki bir az agilli ol.soyus en azindan seviyyesizlikdir.rauf oz fikirlerini yazib.her kesin oz yolu var..ona oz fikirlerimmi senden qabaq men de catdirmisam.amma medeni.interneti qizlar da oxuyur.hem de rauf yaxsi insandir.sen onun videolarina baxsan sen de bunu fikirlesersen.ama herenin bir yolu var
Jan 18, 2012 @ 02:56:19
Men hormet edirem her kesin fikrine ama bizim olkemiz deyiwir muasirlewir ama xalqimiz bu muasirlewmek prasesinde geriye qalir Azerbaycanda yalniz oxuyan ve os ixtisasini bilen kadrlara ehtiyac var dovlet seviyyesinde iwler gedir ki oxuyan ve bilikli insanlar iwden uzaq qalmasinlar cunki cox alimler itirdik biz ekseriyetde xaricde qaldiki o kriminallarin coxalmasina Azerbaycanda savadssiz ve oxumayan insana yer yoxdu!siyaset beledi bir Bu dovletde yalniz Orta ve yuksek tebeqe yawamalidi kasib tebeqe yox!