“İRƏLİ” soyqırım günü ilə bağlı genocide.az saytını təqdim etdi.

Şərh yazın

This slideshow requires JavaScript.

31 mart  2011-ci il tarixində saat 14:00-da “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında “31 Mart – Azərbaycanlıların Soyqırımı”nın 93-cü ildönümünə həsr olunmuş tədbirlər silsiləsi həyata keçirilmişdir. Tədbirdə 50-dən çox gənc, həmçinin müxtəlif media nümayəndələri iştirak etmişlər. Tədbirə 31 mart soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanılmışdır. Daha sonra  “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış http://www.genocide.az saytı və http://31mart.wordpress.com bloqunun yenilənmiş  versiyasını  təqdim etmişdir. Qeyd olunan internet resurslarında dizayn, həmçinin daxili məlumatlar yenilənmişdir.

Sonda tədbir iştirakçıları Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 10 mindən çox beynəlxalq və yerli təşkilatın, KİV-lərin, müxtəlif media resurslarının elektron ünvanına soyqırımla bağlı müxtəlif dillərdə məlumatlar göndərmiş, həmçinin bu məlumatları sosial şəbəkələrdə paylaşmışlar.

 

31 Mart – Azərbaycanlıların Soyqırımının 93-cü il dönümünə həsr olunmuş tədbirlər

Şərh yazın

31 mart  2011-ci il tarixində saat 14:00-da “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında “31 Mart – Azərbaycanlıların Soyqırımı”nın 93-cü il dönümünə həsr olunmuş tədbirlər silsiləsi həyata keçiriləcəkdir. Tədbirdə “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış genocide.az saytı və 31mart.wordpress.com  bloqunun yenilənmiş  versiyasının təqdimatı keçiriləcəkdir. Yenilənmiş internet resurslarında istifadəçilər soyqırımla bağlı müxtəlif dillərə tərcümə olunmuş sənəd, kitab, video və foto materiallarla tanış olmaq imkanı əldə edəcəklər.
Tədbir zamanı, həmçinin  Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “e-mail hücum” aksiyası da həyata keçiriləcəkdir.  Aksiya zamanı 10 mindən çox e-mail ünvanına soyqırımla bağlı müxtəlif dillərdə məlumatların göndərilməsi nəzərdə tutulmuşur. E-mail bazasına beynəlxalq və yerli təşkilatların, KİV-lərin, müxtəlif media resursların ünvanları daxildir.

ASAIF Strasburq Forumu barədə fikirlərim

Şərh yazın

ASAIF Strasbourg Forum

Müstəqilliyimizin bərpasının 20-ci ildönümü bir sıra əlamətdar hadisə və tədbirlərlə yadda qalmaqdadır. Bu ilin 11-12 mart tarixləri arasında Fransada baş tutmuş ASAIF-in növbəti forumunu da bu siyahıya daxil edə bilərik. Azərbaycanın insan kapitalı olan və 25 müxtəlif ölkədə yaşayan 250 nəfərdən artıq gənc alim, tələbə, tədqiqatçı, məzun və mütəxəssislər Azərbaycanın gələcək inkişafı, prioritetlər və ümumi fəaliyyət məsələlərini müzakirə etmək üçün bir araya toplaşmışdırlar. Forumun adı – “Azərbaycan 20 – baxış 2020” bu məqsədi açıq ifadə edir. Tədbirin Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümündə Avropanın siyasi paytaxtı Strasburqada keçirilməsini isə gənclərə verilən xüsusi mesaj kimi qəbul etmək olar. Artıq biz öz istəyimizə öz resurslarımızla nail olacaq qədər güclü və qərarlıyıq. İntellektual potensialı olan gəncləri bir platformada birləşdirmək və pərakəndə fəaliyyətin koordinasiyası Azərbaycanın maraqları daxilindədir. ASAIF Forumları belə platformaların yaradılması üçün əlverişli bir məkandır. Burada yaradılan şəbəkə və əldə olunan razılaşmalar lobbiçilik fəaliyyətinə yeni bir nəfəs gətirmək iqtidarındadır.

Təssüfləndirici haldır ki, bəzən xaricdə təhsil alan tələbələrimiz ölkədə ictimai fəali olmadıqları üçün xaricdə də bütün proseslərdən kənarda qalırlar. ASAIF forumunun sonunda Hollandıyada təhsil alan tələbəmizin “Forumda eyni ölkədə təhsil aldığım digər 3 nəfərlə tanış oldum. Bu çox gözərdir” sözlərini xatırlayıram. Avropanın müxtəlif ölkələrindən bir araya gələn tələbələrin şəbəkələşmə, təcrübə mübadiləsi və gələcək fəaliyyətin ilkin razılıqlarının əldə olunması üçün əvəzolunmaz imkandır.

50 nəfərə yaxın dövlət rəsmisi və ekspertin tədbirə qatılması da xüsusi qeyd olunmalıdır. Rəsmilərin çıxışları, onlarla söhbət isə gənclərdə bu fəaliyyətin əsas istiqamətləri barədə məlumatlanmağa və ölkədə, regionda baş verən proseslərə obyektiv qiymət verməkdə yardımçı oldu. Ən önəmli görüşlərdən biri də tələbələrin Qərbi Avropa ölkələrindəki səfirlərimizlə görüş oldu. Bütün suallarını birbaşa verən və onlara cavab alan gənclər səfirliyin fəaliyyəti ilə bağlı məsələlər barədə məlumatlanaraq eyni zamanda bu fəaliyyətində olan müsbət və mənfiləri səriflərin nəzərinə çatdırdılar. Həmçinin onlardan gələcək fəaliyyətlərində daha çox diqqətdə saxlamalı olduqları məqamlar barədə məlumat aldılar. Rəsmilərin çıxışları bir daha o fikri qüvvətləndirdi ki, Azərbaycan dövləti yetişməkdə olan gənc nəsilə böyük ümidlər bəsləyir və bilikli, sağlam gəncliyin yetişməsi üçün bütün imkanlardan maksimum səfərbər ediləcəkdir. Bu kontekstdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun Forumun qapanış mərasimində gənclərə xitabən söylədiyi fikirləri xatırlatmaq istərdim: “Siz artıq yeni bir mərhələyə qədəm qoyan insanlarsınız. Sizlər Azərbaycan ideyalarını, milli maraqlarımızı, dövlətçiliyimizi möhkəmləndirən yeni qüvvəsiniz.”

 

During ASAIF Forum in Strasbourg with Zaur Darabzadeh, Ramiz Mammadli and Shaig Garibzade

Azərbaycan dövlətinin düzgün inkişaf prioritetlərini müəyyən etməsi heç kəsdə şübhə doğurmur. Bu inkişafın müsbət təsirini hər kəs öz həyatında hiss edir və ildən ilə ölkə iqtisadi nailiyyət və göstəricilərinə (2009-cu illə müqayisədə 9.3%-lik ÜDM artımı və 5%-lik iqtisadi inkişaf) görə dünyada nümunəvi inkişaf tempi olan ölkələr sırasına daxil olmuşdur. Neft sektorundan əldə olunan gəlirlərin digər sahələrin inkişafına, xüsusilə insan kapitalının inkişafına yönəldilməsi isə gələcəyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Yeni təhsil müəssisələrinin açılması və əsaslı təmir olunması, təhsil sistemində aparılan istlahatlar, xaricdə təhsil dövlət proqramının reallaşdırılması Azərbaycanın parlaq gələcəyi üçün insanlara edilmiş yatırımlardır. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar yalnız ölkə daxilində deyil, xarində də məqsədyönlü şəkildə istifadə olunur. Foruma qatılan həmvətənlərimizlə Parisin məşhur Luvr muzeyi və ya Strasburq şəhərinin mərkəzi Katedralının girişində üzərində muzeyin bərpa olunmasında göstərilmiş yardıma görə Azərbaycan dövlətinə təşəkkür yazılmış lövhəni görəndə fəxr hissi keçiririk. Bu bizim bəşəri dəyərlərə olan hörmətimizin göstəricisidir.

More

Earth Hour campaign in Azerbaijan

Şərh yazın

Earth Hour 2011 Baku Azerbaijan

The Ireli public union marked Earth Hour in Azerbaijan by turning off the lights at Baku’s iconic Maiden Tower.

Dividing into groups, 250 young people gathered around the Maiden Tower and switched off its lighting system as a sign of support for environmental protection.

Earth Hour was marked in other regions of the country too. The lights were switched off at 20.30 local time at the building of the executive authorities of Sabirabad and Sabirabad youth centre and at the Lahich reserve.

The first Earth Hour was held in the Australian city of Sydney in 2007. More than 2.2 million city residents and 2,000 organizations turned off their electricity for an hour.

This gesture supported the struggle against global climate change and for environmental protection. Since then, the campaign has become an annual event in many countries.

1 news.az

 

В Азербайджане прошла кампания Earth Hour

Şərh yazın

Общественное Объединение «Ирели» организовало кампанию Earth Hour в Азербайджане.

Как сообщает 1news.az со ссылкой на пресс-службу «Ирели», самое крупномасштабное мероприятие Earth Hour в Азербайджане прошло в Баку. В начавшейся в офисе общественного объединения «Ирели» акции приняло участие 250 молодых людей.

Выступая на мероприятии, генеральный секретарь объединения Рауф Мардиев дал подробную информацию о кампании Earth Hour. Затем состоялась презентация кампании. После презентации участвующие в мероприятии представители Общественного объединения «Поддержка естественных наук и экологическое просвещение» Ровшан Акперов и Рамиль Рустамов провели для молодежи тренинг-семинар на тему защиты природы и экономии электроэнергии. Затем молодежь приступила к самой активной части акции – «Городской игре».

Разделившись на команды, молодежь собралась вокруг Девичьей башни и отключила систему освещения символа Баку на 1 час в знак поддержки защиты природы. В течение одного часа молодежь отмечала вокруг Девичьей башни праздник «Мировое время».

Отметим, что акция была проведена не только в Баку, но и других регионах республики. В 20:30 было также отключено освещение в здании исполнительной власти Сабирабадского района и Центра молодежи в городе Сабирабад, а также Лахыджского заповедника в Лахыдже.

Напомним, что впервые акция Earth Hour была проведена в 2007 году в австралийском городе Сидней. Во время проведения акции более 2.2 млн жителей города и 2000 организаций отключили электричество на один час.

Этим шагом они поддержали борьбу против глобального климатического изменения и за защиту природы. После этого кампания Earth Hour стала традиционно проводиться каждый год в разных странах.

1news.az

Earth Hour Azerbaijan – müraciət

Comments Off

Əziz dostlar,

Azərbaycanda daha bir ilkə imza atamaq ərəfəsindəyik. Uzun sürən danışıq və əməyin nəticəsi olaraq bir neçə saatdan sonra ölkəmiz dünyanın ən böyük təbiətin mühafizə kampaniyası olan Earth Hour-da birinci dəfə iştirak edəcək.

Artıq bütün hazırlıqlarımız tamamlanıb və yaxın saatlarda yalnız Bakıda deyil, Sabirabad şəhəri və Lahıc qəsəbəsində gənclər tədbirə start verəcəklər.

Bu gün biz iki hədəfə nail olmaq üçün səy göstərəcəyik.

Bunlardan birincisi heç şübhəsiz, Azərbaycanda insanların diqqətini ətraf-mühit problemləri və onların həllinə yönəltmək, məlumatlılıq səviyyəsini artırmaq, simvolik olaraq 1 saat müddətində elektrik enerjisindən istifadəni dayandırmaqla bizimlə bir bu aksiyanı dünyanın 160-dan çox ölkəsində qeyd edən 1 milyarddan çox insanla həmrəyliyimizi nümayiş etdirməkdir.

İkinci, bundan geri qalmayan məqsədimiz isə Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək, dünyada baş verən proseslərə laqeyd qalmadığımızı göstərmək və Azərbaycan gəncinin müsbət imicinin formalaşdırılmasıdır.

Əminəm ki, biz bu əzm və istəklə qarşıya qoyduğumuz məqsədə çatacağıq. Bunun üçün son bir addımı atmaq – Earth Hour Azerbaijan aksıyasına qoşulmaq və harada olmanızdan asılı olmayaraq saat 8:30-9:30 pm aralığında elektrik enerjisindən istifadəni dayandırmaq lazımdır.

Birlikdə biz daha güclüyük və birlikdə bizim üçün əldə edilə bilməyəcək nailiyyət yoxdur.

Hər birinizi Dünya üçün, Azərbaycan üçün fəal olmağa çağırır və

“Dünya Saatı”nız mübarəkdir deyirəm.

Uğurlar.

Hörmətlə,
Rauf Mərdiyev
Earth Hour kampaniyasının Azərbaycan üzrə nümayəndəsi.

Armenian Metsamor NPP – new Chernobyl

1 şərh

Metsamor NPP

When the whole World is discussing the Fukushima Daiichi nuclear plant danger, there is still possibility of appearing another Chernobyl cloud over the Mid East and Europe.
Armenian leadership must be forced to close Metsamor nuclear power plant.

IAEA and those influential international organizations with Armenia as a party should play a special role in it, political scientist Oqtay Sadikhzade.

He said explanations of official Yerevan that Metsamor nuclear power plant ensures the energy security of Armenia must not cause the situation when the South Caucasus lives under threat of the most terrible implications of force majeure circumstances at this nuclear power plant, which are quite possible for the reason of its complete obsoleteness and location in a seismically active zone.

‘It is necessary to persuade Yerevan about the gradual transfer to hydroelectric power stations and other energy sources. The world has already seen the terrible implications of the accident at the Chernobyl nuclear plant, which cannot be ruled out in the case with Metsamor nuke plant, whose poor financing from the Armenian budget raises concerns about the quality of security and operation of this dangerous object. The residents of Turkey, Azerbaijan and Georgia must not fall victims of the force majeure at the Metsamor nuke plant and this must be declared from all possible tribunes unless this nuclear plant is closed’, Sadikhzade said.

1 news.az

“İRƏLİ” İctimai Birliyi yeni layihəsi olan “Avante” Klubuna üzv qəbulunun başlanması barədə elan verdi

Şərh yazın

 

Club Avante

“İRƏLİ” İctimai Birliyi daxilində Klub Avante fəaliyyətə başlayır. Klubun əsas məqsədi İRƏLİ üzvü olan və ictimai sferada uğur qazanmağı qarşısına məqsəd qoymuş gəncləri bir araya gətirmək, onların bilik və bacarıqlarının artırılmasında yardımçı olmaq, onların gələcək fəaliyyətlərini düzgün istiqamətləndirmək və gələcəyin lideri olacaq gənclərin şəbəkəsini yaratmaqdır.

Klubun üzvləri ən fəal, ən yüksək intellektual potensiala malik irəliçilər arasından ərizə ilə müraciət və müsahibə əsasında seçiləcək. İlkin mərhələdə 15 nəfər gəncin üzv ola biləcəyi klub üzvlərinə 2 ay ərzində xüsusi proqram əsasında kurs keçiləcəkdir. Nəzəri və praktiki məşğələləri özündə birləşdirəcək kursu uğurlar başa vuran iştirakçılar aktiv şəkildə təşkilatın fəaliyyətinə cəlb olunacaqlar.

“Avante” Kluba üzv olmaq istəyən gənclərdən 05.04.2011-ci il tarixinə qədər doldurulmuş ərizə formalarını avante@ireli.az ünvanına göndərmələri xahiş olunur.

 

Джейхун Османлы: «Форум ASAIF в Страсбурге является историческим событием»

Şərh yazın

Ceyhun Osmanli

Депутат Милли Меджлиса Джейхун Османлы считает проведенный на минувшей неделе в Страсбурге под названием «Азербайджан-20 – взгляд 2020» Форум обучающейся за рубежом азербайджанской молодежи и выпускников зарубежных ВУЗов (ASAIF) очень важным историческим событием.

«Это мероприятие было приурочено к двадцатилетию с момента восстановления государственной независимости Азербайджана. И очень важно, что молодежный форум состоялся именно в здании Парламентской Ассамблеи Совета Европы, в являющемся одной из политических столиц Европы Страсбурге, что само по себе является очень важным историческим событием», – заявил парламентарий 1news.az.

Важность этого события, по мнению депутата, заключается еще и в том, что этот форум стал самым массовым и разноплановым мероприятием в истории независимого Азербайджана, проведенным за рубежом.

«В форуме приняли участие более 250 азербайджанских студентов, обучающихся в ведущих университетах 25 стран мира. На встречу с молодежью приехали руководители дипломатических миссий Азербайджана в восьми странах, в том числе Голландии, Германии, Венгрии, Франции. Послы ответили на многочисленные вопросы азербайджанской молодежи касательно диаспорской деятельности и лоббирования интересов Азербайджана за рубежом. 250 студентов получили ответы на многие интересующие их вопросы», – подчеркнул Дж.Османлы.

По словам парламентария, основной целью форума стало обсуждение вопроса правильного, эффективного использования человеческого капитала, развитие которого является одним из приоритетов Азербайджана.

«С точки зрения интересов Азербайджана было очень важно собрать вместе молодых носителей высокого интеллектуального потенциала страны. Прошедший форум стал своеобразной платформой для знакомства получающих высшее образование за рубежом азербайджанских студентов. Чем больше связей, тем весомей потенциал, тем больше уверенность в том, что молодежь страны внесет достойный вклад в распространение позитивного имиджа Азербайджана в мире», – отметил парламентарий.

More

Fərhad Hacıyev AŞ Gənclərlə iş üzrə Hökumətlərarası Daimi Komitəsinin büro üzvü seçilib

Şərh yazın

 

Fərhad Hacıyev

15 Mart tarixində Strasburq şəhərində Avropa Şurasının (AŞ) Gənclərlə iş üzrə Hökumətlərarası Daimi Komitəsinin iclası keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, nazirliyin Gənclərlə İş şöbəsinin müdiri Fərhad Hacıyev növbəti iki il üçün bu komitənin büro üzvü seçilib.

F. Hacıyev bundan öncə AŞ-nin Gənclərlə iş üzrə proqram komitəsinin sədri kimi fəaliyyət göstərib.

S. Məmmədova GİN-in AŞ-nin müvafiq strukturları ilə münasibətlərinin artan templə inkişaf etdiyini də bildirib. Azərbaycanın gənclər təşkilatları müntəzəm olaraq AŞ-nin bir sıra proqramlarında, gənclərlə bağlı tədbirlərində fəal iştirak edir, Avropa Gənclər Fondu ilə əməkdaşlığı daha da möhkəmləndirir.

Avropa Gənclər Fondunun rəsmi məlumatına görə, son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsi fond tərəfindən maliyyələşdirilib. Bu da Avropa məkanında ən yüksək göstəricidir.

Kəmalə Quliyeva – APA.

Əvvəlki yazılar

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers