24.01.2011 Moscow airport blast
29.03.2010 Moscow metro bombing:
Blogging … since 2007
Yanvar 24, 2011
Politics 2011, bombing, domodedovo blast, moscow, Russia, terror, terrorist Şərh yazın
24.01.2011 Moscow airport blast
29.03.2010 Moscow metro bombing:
Yanvar 20, 2011
Azerbaijan 2011, futbol, inter - mika, inter 4-0 mika, inter baki, inter baku, mika yerevan 1 şərh
Yanvar 15, 2011
Azerbaijan, INTERNET 20 yanvar, səhidlər, Şəhidlər Xiyabanı Şərhlər
20 yanvar faciəsinin 21-ci ildönümü yaxınlaşır. Bu il də ötən illər olduğu kimi Azərbaycanın müstəqilliyi yolunda şəhid olan vətəndaşlarımızı anacaq, vətəndaşlıq borcumuzu yerinə yetirərək Şəhidlər Xiyabanını ziyarət edib bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyəcəyik. Çünki biz bu tarixi unutmadıq və unutmayacağımıza söz verdik! Çünki biz keçmişini xatırlamayanlarının keçmişinin təkrarlanacağına inanırıq!
Hüzn günüdə həmrəyliyimizin daha bir göstəricisi olaraq sosial şəbəkələrdə (xüsusilə Facebook-da) öz profil şəklimizi bir neçə günlük faciəylə bağlı rəsmlə əvəz edəcəyik. Ötən il çağırışımızı 1000 nəfərə yaxın soydaşımız dəstəkləmişdi. Bu il bu rəqəmin daha çox olacağına ümid edirik. Siz də özünüzü bu sırada görür və 20 yanvar faciəsini heç vaxt unutmayacağını düşünürsənsə aşağıdakı rəsmi bir neçə günlük Facebook səhifənizin əsas rəsmi edin və dostlarınızı da bunu etməyə çağırın. Çünki, biz birlikdə daha güclüyük.
Yanvar 15, 2011
Azerbaijan, IRELI PU Azerbaijan, ceyhun osmanlı, heydar mirza, ireli, ngo, public union, yeu member, youth organization Şərh yazın
As you are already aware, the issue of IRELI Public Union’s membership to YEU was raised in summer 2010 first time, and our responsible officers had been in correspondence since then.
Being IRELI, the largest and the most prominent youth organization of Azerbaijan , we pay huge attention to the expansion of our international network and search for possible partners with synergies. IRELI was created only in 2005 and reshuffled to public union in 2008, so, we are not the oldest youth organization in Azerbaijan . But we can proudly declare that IRELI is the biggest and most dynamically developing one. Initially with 6 000 members and very narrow scope of activities, mainly limited with trainings or eventual flash mobs, IRELI became in a very short period of time the lighthouse of youth movement in Azerbaijan by 2010, with a very broad scope of areas of activity.
At the moment IRELI is a professional youth NGO with more than 12 000 members, two permanent offices In Baku with more than 50 people working as staff members,liaison offices in 11 European cities and well established rich infrastructure (IRELI Web Radio, IRELI Design Studio, IRELI IT Center, IRELI Training and Education Center, IRELI Research Center, etc.). Because of the greatest political achievement of 2010, election of IRELI Chairman Jeyhun Osmanli to the National Assembly of Azerbaijan Republic in 2010 autumn elections, added even more responsibility upon the management of the organization and we decided to continue our organizational development – at the moment IRELI is moving to its new corporate class HQ in Baku and implementing changes in organizational structure, which ill allow us to increase effectiveness and efficiency of decision making and project management in our NGO.
I will not take much of your time describing all sorts of projects IRELI had been engaged in since 2005, this information is available in our corporate presentation attached hereby. I am sure, that short glimpse on the presentation will allow you to track the history how a small and unknown NGO established by six young visionaries became in short period “deep state” for local youth and transformed into hub for many local NGO’s, whom we share knowledge and experience with. Collective membership opportunity that we provide for smaller NGO’s is also another strength of IRELI.
Yanvar 9, 2011
Azerbaijan, INTERNET Azerbaijan, facebook 15 mart, facebook baglanir, facebook will not end, weeklyworldnews Şərhlər
2012-ci ildə dünyanın sonu olacağına inanırsınızmı?
Bəs yayda Xəzər dənizinin quruyacağına necə?
Sizcə Novruz bayramı günlərində yadplanetlilər tonqal üstündən atlaqnmaq üçün Bakıya enəcəklərmi?
Son zamanlar sosial şəbəkələrdə şaiyələrin ardı-arası kəsilmir. Bir neçə gün öncə yanacağının qiymətinin qalxacağı haqda statuslar az qala maşın sahibi olan Facebook istifadəçilərin Bakının küçələrinə çıxarmışdı. Təəssüfverici haldır ki, əlimizin altında faktları araşdırmaq üçün bu qədər vasitə olduğu halda ilk aldığımız məlumata bu cür sadəlöhvcəsinə inanır və digərlərini də bu informasiyanın doğruluğuna inandırmağa çalışırıq.
Facebook istifadəçilərinin böyük əksəriyyəti də deyilənlərə inanaraq indidən “qara gün”-ə hazırlaşmağa başlayıblar.
Facebook martin 15de resmi olaraq oz fealiyyetini dayandiracaq!!!:((
Facebook zakrivayut 15 marta.
Gunun pis xeberi, mart ayinin 15 da Facebook baqlanir
15 mart menim ad gunumdur……… hemin gun baglanmasinfacebook………..
15 mart facebook baglanir bu munasibetle facebook sevmeyenleri tebrik edirem.
AAAAAAAAAAAAAAA Facebook bağlanacaq!!!!!!!!!!!
Uşaqlar, Facebook doğurdan bağlanır? Bilən var?
100% gercek!! NEWS.QAYNAR.İNFO :: Texnologiya və İKT ::FACEBOOK MARTIN 15-DƏ FƏALİYYƏTİNİ DAYANDIRIR!
HMM,,,Facebookda son 2 ayimiz……tessuflenecek bir xeber olsada,,belkede bu yaxwiliga dogrudur….vertual dunyaya son goyulacag!!!
Üstəlik bu yalan məlumat şəbəkədə ildırım sürəti ilə yayılır. Normal təkzib isə hələ ki, 1News-da verilib. Azərbaycan dilli xəbər portalları isə istirahətdədirlər və ya şaiyənin daha çox yayılmasına çalışırlar.
Ümid edirəm ki, aşağıda yazacaqlarım az da olsa həqiqətin ortaya çıxmasında Sizlərə köməy edəcək.
Beləliklə, buyurun. Facebook-un bu il martin 15-i bağlanılmasına inanmamanız üçün Sizə 4 səbəb:
1. Məlumatın “sarı” mənbəyi – xəbər ilk olaraq yanvar ayının 3-ü http://weeklyworldnews.com/ saytında yerləşdirilib. Bu postdan sonra Alexa-ya görə sayta daxilolmalar 210 % yüksəlib.
Bu sayt tipik “sarı mətbuat” orqanı kimi tanınır. Məlumat üçün qeyd edim ki, sarı mətbuat – qısa vaxt ərzində şişirdilmiş, qalmaqallar əksər hallarda isə yalan üzərində qurulmuş xəbərlərlə insanların diqqətini cəlb edir. Bu saytlar çox vaxt maliyyə firildaqlarının gerçəkləşdirilməsi üçün də istifadə olunur.
“Sarı saytlar”-dan bəzi başlıqlar: Узнайте о ЛЮБОМ человеке ВСЁ! Введите фамилию и читайте нужную информацию!, В мозгу у британца обнаружили рождественского оленя, В США застрелили очередную чупакабру.
Markın açıqlamasına gəlincə, hələ də bu açıqlamanın nə audio, nə video, nə da hansısa etibarlı mənbədə dərc olunmuş versiyası var.
Ümumiyyətlə, Elvisin sağ olduğunu, yadplanetlilərin bu il dünyaya hücum edəcəklərini və Meqan Foksun kişi olduğunu yazan bir mənbəyə necə inanmaq olar?
Odur ki, hər oxuduğunuza inanmayın. Hər inandığınızı isə araşdırmamış panika içində digərlərinə ötürməyin.
2. Dünya susur – Facebook-un yaxın aylarda bağlanılması xəbəri yalnız yuxarıda adı çəkilən sayt və Azərbaycanın sosial şəbəkə istifadəçiləri arasında yayılır. Dünya üzrə aparıcı informasiya agentlikləri və aparıcı telekanallarında isə bu mövzu barədə bir xəbər belə yoxdur. Nə CNN, BBC, FOX, Sky New, Reuters, Associated Press, JTA və s. heç kim bu barədə bir cümlə belə olsun məlumat verməyib.
weeklyworldnews.com saytına keçidlər isə ən çox Facebook-un özündəndir. Bunlar isə istifadəçilərin paylaşdığı linklər sayəsindədir.
3. Mark Allah deyil – Facebook-un ideya müəllifi və yaradıcılarından biri olsa da Mark yalnız şirkət səhmələrinin 24%-ə sahibdir. Yerdə qalan 76 % isə digər səhmdərların payıdır. Şirkət barədə qərarlar isə yalnız bütün səhmdarların səs çoxluğu ilə qəbul edilir və həyata keçirilir.
4. Çox böyük iş - 1700 işçisi və 800 mln USD illik büdcəsi ilə dünyada ən çox daxil olunan 2-ci saytın bağlanılması və bunun üçün dəqiq tarixin müəyyən olunması qeyri-ciddi deyilmi? 500 mln istifadəçi ilə Facebook ölkə olsaydı dünyada Çin və Hindistandan sonra 3-cü yeri tutardı. ABŞ-ın xüsusi xidmət orqanlarının ən yaxın informatorlarından olması ehtimal olunan bu unikal mənbənin kiminsə yorulub və əvvəlki həyata qayıtması istəyi nəticəsində bağlanması inanılması çox çətin olan bir hadisə deyilmi?
Son 2 hadisə AzNetdə bu sahədə boşluqlar olduğunu və gələcəkdə bunların mənfi fəsadlar törədə biləcəkləri ehtimalını ortaya qoydu. Bu sahədə “opinion maker”-lərin çatışmaması kəskin şəkildə hiss olunur.
Bu sahədə problemləri aradan qaldırmaq isə hər birimizin üzərinə düşür. Daim ətrafımızda baş verən hadisələri izləməli, araşdırmalı, proseslərdən düzgün nəticələr çıxarıb ümumi rəyin yanlış istiqamətdə getməsinin qarşısını almalıyıq. Yalnız güzgün qərarların verilməsini deyil, bu qərarların vaxtında verilməsini əsas şərtlərdəndir. AzNetdə İnternet istifadəçilərinin kəmiyyət göstəricisi ardıcna keyfiyyət göstəricilərinin arzuolunan səviyyəyə çatdırılması prosesi başlamaq üzərədir. Bu heç də sadə olmayan uzunmüddətli bir prosesdir. Gözlənilən məqsədlərə çatmaq üçün isə, yuxarıda qeyd etdiyim kimi, hər birimizin mütəşəkkilvə effektiv fəaliyyəti əsasdır.
Birgə, biri-birimizə dəstək olaraq bu sahədə də müsbət nəticələr əldə edəcəyimizə inanıram.
Hörmətlə,
Rauf Mərdiyev
Yanvar 9, 2011
IRELI PU Azerbaijan, blogging, ireli, it, rauf mardiyev, WeBlog training 1 şərh
Our interlocutor is Rauf Mardiyev, Secretary General of “IRELI” Public Union and Chief of Information Technologies Academy project.
Q.: What kinds of changes are expected in the field of Information Technologies (IT) in “IRELI” Public Union?
A.: As you know, information technologies are one of the fields “IRELI” Public Union gives priority to. We have implemented over 200 different kinds of projects in this field since 2005. Mainly, they were about various trainings directed at increasing IT skills of the youth, creating data bases, blogs directed at protection of Azerbaijan’s interests in virtual space and setting-up networks of young professionals and so on.
As regards to novelties, Information Technologies Department of “IRELI” was the first to conduct blogging trainings in Azerbaijan in 2007. We have always kept this field in spotlight. “WeBlog” trainings were introduced in 2010. In total, 35 youth received one-month intensive blogging trainings as part of the project. They were taught the ways how to create, operate and, advertise the blogs, even how to make money out of blogs. At the end of trainings, each participant has own blog and trainers check these blogs during a month. Participants capable of applying the knowledge acquired during trainings into practice are awarded with certificates.
Q.: Do WeBlog trainings also involve bloggers from the country’s regions?
A: Unfortunately, no one joined this project from the regions. But we always keep in mind our youth in the regions. This is why, some of our projects target specifically the youth living in the regions. For ex., we conducted trainings in Sheki, Shirvan, Ganja and Sumgait cities in November-December 2010 as part of the “Increasing networking skills of young leaders” project with the special part of these trainings being focused on networking in the Internet.
Q.: In general, are people from the regions active Internet users?
A.: Of course, people have become more active as compared to previous years. There are several reasons for this: reduced Internet tariffs, an opportunity to buy a computer at favorable terms in the regions, increasing awareness of population and so on. In general, there is a development in this regard. But it is not at a satisfactory level yet. There is a lack of qualified professionals in the regions. “IRELI” always tries to play a role in resolving these problems with our projects. We want the people to pass on the knowledge they have to others, too. I believe if we go on working at this pace, we will manage to bring IT skills of our rural citizens in line with urban level.
Q.: As far as I know, you have your own blog. How often do you update it?
A.: I have operated my blog since 2007. At the time I did not have so much workload and often used to write articles. But because of time limits, I cannot spare much time to my blog now. I mostly try to post urgent issues covering our activity from news agencies to my blog. But sometimes, some issue draws my attention and I express my opinion on it in my blog and disseminate it through social networks. This is a good tradition. It is desirable everyone to have his/her own blog.
Q.: Do you follow any blog constantly?
A.: I follow Elnur Aslanov’s blog (http://elnuraslanov.livejournal.com/). I also follow news in Jeyhun Osmanli’s blog (http://ceyhunosmanli.wordpress.com/). You can find interesting articles in Farid Novruzi’s blog (http://novruzi.livejournal.com/). Besides, I follow foreign blogs for innovations in information technologies.
Q.: Do you think bloggers can be considered journalists?
A.: I see journalism as a profession and blogging rather as a hobby. Somebody may be a journalist but not a blogger or somebody is a blogger but has nothing to do with journalism. But somebody may be both a journalist and a blogger and this is good both for journalists and bloggers.
Yanvar 5, 2011
Azerbaijan aktual qonaq, xezer tv, xəzər tv Şərh yazın
Yanvar 5, 2011
Azerbaijan, Blogging, IRELI PU Hacıbəy Heydərli, rauf mərdiyev, xeberler.az Şərh yazın
Müsahibimiz “İRƏLİ” İctimai Birliyinin baş katibi və İnformasiya Texnologiyaları Akademiyası layihəsinin rəhbəri Rauf Mərdiyevdir.
- “İRƏLİ” İctimai Birliyində İnformasiya Texnologiyaları (İT) sahəsində nə kimi yeniliklər gözlənilir?
- Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyinin fəaliyyətində prioritet qəbul etdiyi sahələrdən biri də informasiya texnologiyalarıdır. 2005-ci ildən bu istiqamətdə 200-dən artıq irili-xırdalı layihələr həyata keçirmişik. Bunlar əsasən gənclər arasında IT biliklərinin artırılmasına yönəlmiş müxtəlif təlimlər, virtual məkanda Azərbaycan maraqlarının qorunmasına yönəlmiş məlumat bazalarının saytların, bloqların yaradılması, gənc peşəkarlardan ibarət şəbəkələrin yaradılması və s. istiqamətlərdə olub.
Yeniliklərə gəlincə, Azərbaycanda ilk bloq təlimləri 2007-ci ildə “İRƏLİ” İnformasiya Texnologiyalar Departamenti tərəfindən həyata keçirilmişdir. Biz daim bu sahəni diqqətdə saxlamışıq. 2010-cu ildə isə “WeBlog” adlı təlimlərə start verilmişdir. Təlimlər çərçivəsində 35 nəfər gənc bloqinq sahəsində 1 ay boyunca intensiv təlimlər keçir. Onlara bloqin yaradılması və işlədilməsi, onları necə reklam etməli, hətta bloqdan necə pul qazanmağın yolları onlara tədris olunur. Təlimlərin sonunda hər iştirakçının şəxsi bloqu olur və bir ay müddətində həmin bloq təlimçilər tərəfindən yoxlanılır. Təlim zamanı əldə etdiyi bilikləri praktikada düzgün tətbiq şəxslərə isə sertifikat verilir.
- Weblog təlimlərinə bölgələrdən də bloggerlər cəlb olunublarmı?
- Bu layihəyə çox təəsüf ki, bölgələrdən heç kim qatılmayıb. Amma biz layihələrimizdə heç zaman bölgədən olan gənclərimizi yaddan çıxarmırıq. Bəzi layihələrimizin hədəf qrupu kimi məhz bölgələrimizdə yaşayan gənclər müəyyən olunur. Məsələn “Gənc liderlərin şəbəkələşmə bacarığının artırlması” layihəsi çərçivəsində 2010-cu ilin noyabr-dekabr aylarında Azərbaycanın 4 bölgəsində: Şəki, Şirvan, Gəncə və Sumqayıt şəhərlərində treninqlər keçmişik və bu təlimlərin xüsusi bir hissəsi internetdə şəbəkələşməyə ayrılmışdır.
Yanvar 1, 2011
Azerbaijan 2011, həmrəylik günü, təbrik, yeni il, İlham Əliyev Şərh yazın

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
2010-cu il arxada qalır. 2010-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. Baxmayaraq ki, 2010-cu ildə dünyada iqtisadi və maliyyə böhranı hələ də davam edirdi, Azərbaycan 2010-cu ildə böyük uğurlara nail olmuşdur. Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir, bir sözlə, 2010-cu ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirildi. İqtisadiyyatımız təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artmışdır, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir. Ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuşdur, bizim valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxmışdır. Bütün bunlar, bu nəticələr onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, Azərbaycanın seçdiyi yol tərəqqi və inkişaf yoludur.
2010-cu ildə sosial sahədə böyük işlər görülmüşdür. 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmişdir, 5 Olimpiya-İdman Mərkəzi tikilmişdir. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi qaldırılmışdır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu, onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Ancaq bununla bərabər, güclü sosial siyasət bizim əsas vəzifəmizdir.
2010-cu ildə ölkəmizdə siyasi proseslər müsbət istiqamətdə inkişaf etmişdir. Azərbaycanda demokratiyanın inkişafı yolunda böyük və uğurlu addımlar atılmışdır. 2010-cu ildə Azərbaycanda parlament seçkiləri şəffaf, ədalətli şəkildə keçirilmişdir. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə öz əksini tapmışdır. Bu, onu göstərir ki, biz nəinki iqtisadi sahədə çox böyük uğurlara nail olmuşuq, eyni zamanda, siyasi islahatların aparılması işində Azərbaycan çox uğurla inkişaf edir. Bu, bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkəmiz sözün əsl mənasında, müasir dövlətə çevrilsin və bu istiqamətdə atılmış addımlar bizi ruhlandırır.
Xarici siyasət sahəsində 2010-cu ildə böyük uğurlara nail olduq. Bizim dostlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz həm ikitərəfli müstəvidə, həm regional formatda, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparırıq. Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz artıq oturuşmuş əlaqələrdir, qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlərdir.