WORLD AIDS DAY 2010 event

Şərh yazın

 

World AIDS Day 2010 Azerbaijan

Hal-hazırda HİV/AİDS bəşəriyyətin ən böyük problemlərindən biri kimi qəbul olunur. Ümumilikdə dünyada 34 million HİV/AİDS daşıyıcısı mövcuddur və hər il 2 milliona yaxın adam bu xəstəliyə yoluxma nəticəsində dünyasını dəyişir.  Son illər ərzində HİV-ə yoluxmuş insanların sayının xüsusilə artması ilə əlaqədar olaraq, bu istiqamətdə görülən fəaliyyət daha da genişləndirilib. HİV/AİDS problemi Azərbaycandan da yan keçməyib və ölkə üzrə HİV daşıyıcısı olan 2000-dən çox  insan rəsmi qeydiyyatdadır. Bu xəstəlikdən dünyasını dəyişən Azərbaycan vətəndaşlarının sayı 300 nəfərə yaxındır. Ən təhlükəlisi isə xəstəliyin və bu səbəbdən dünyasını dəyişən insanların yaş həddinin hər ötən il aşağı düşməsidir.

1995-ci ildən BMT-in təşəbbüsü ilə 1 dekabr Ümumdünya AİDS-lə mübarizə günü kimi qeyd olunur. HİV/AİDSlə mübarizənin miqyası daha da genişləndirilərək BMT tərəfindən minilliyin inkişaf məqsədlərinə daxil edilmişdir. Bu gün də dünyanın bir çox ölkələrində adı çəkilən problemlə bağlı müxtəlif tədbirlər keçirilir. “İRƏLİ” İctimai Birliyi də 1 Dekabr  2010-cu il tarixində “WORLD AIDS DAY” adlı aksiya həyata keçirəcəkdir.

Aksiyanın əsas məqsədi gənclər arasında maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, sağlam həyat tərzinin təbliği və bu sahəyə insanların diqqətinin artırılmasıdır. Tədbir çərçivəsində sağlam həyat tərzi ilə bağlı təlimlər, filmin nümayişi, şəhərin müxtəlif yerlərində məlumat bukletlərinin paylanılması və şəhərin mərkəzində canlı-simvolik lentin yaradılması nəzərdə tutulub. Aksiyada 100-dən artıq gəncin iştirakı gözlənilir.

 

Азад Рагимов: «Молодежная политика является одним из основных компонентов государственной политики Президента Ильхама Алиева»

Şərh yazın

Azad Rahimov

28.11.2010 15:10
БАКУ, 28 ноя – 1NEWS.AZ

27 ноября 2010 года во Франкфурте, Германия, в церемонии открытия I Всемирного Конгресса Азербайджанской Молодежи принял участие министр молодежи и спорта Азербайджана Азад Рагимов.

Как сообщает 1news.az со ссылкой на пресс-службу министерства молодежи и спорта Азербайджанской Республики, выступая с речью, Азад Рагимов отметил, что данное мероприятие является по-настоящему историческим событием. По мнению министра, I Всемирный конгресс азербайджанской молодежи станет одной из достойных страниц новейшей политической истории страны.

В своем выступлении министр подчеркнул, что несмотря на то, что на протяжении своей истории Азербайджан несколько раз терял свою независимость, сегодня Азербайджан является хозяином своей судьбы. Азад Рагимов особо подчеркнул роль и вклад Общенационального Лидера Азербайджана Гейдара Алиева в становление независимого Азербайджана, а также отметил его заботу о молодежи.

«Морально чистая, с широким мировоззрением, здоровая физически, интеллектуальная, лояльная к национальным ценностям, патриотически воспитанная молодежь – вот что было основной целью его национальной молодежной политики, занимающей особое место в стратегии государственного строительства», – сказал министр.

По словам министра, за это время была разработана нормативно-правовая база направленная на развитие молодежи, реализован ряд государственных программ, создано более 200 неправительственных молодежных организаций, которые принимают активное участие в построении гражданского общества в Азербайджане.

More

Thomas de Waal “Black Garden” | Томас де Ваал “Черный сад”

Şərhlər

Download Thomas de Waal “Black Garden”

Скачать Томас де Ваал “Черный сад”

Livanın Gənclər və İdman Naziri “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur

1 şərh

This slideshow requires JavaScript.

19 Noyabr 2010-cu il tarixində Livanın Gənclər və İdman Naziri Ali Husseyin Abdulla və onun başçılıq etdiyi nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin idarə heyəti ilə görüşmüşdür. Görüş “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında keçirilmişdir. Görüşdə “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Layihələr və korporativ sektorla əlaqələr üzrə katibi Heydər Mirzəyev, Beynəlxalq əlaqələr üzrə katibi İlkiz İskəndərli, İnsan resursları üzrə katibi Elsanə Babaşova və birliyin digər fəalları iştirak etmişlər.

Görüşün əsas məqsədi Livan və Azərbaycan gəncləri arasında təcrübə mübadiləsi, qarşılıqlı fəaliyyət, birgə layihələrin təşkili və s. olmuşdur. Bundan əlavə ölkələr arasında əldə olunmuş razılığa görə Livan nümayəndə heyətinin Azərbaycana səfərinin və daha sonra Azərbaycan nümayəndə heyətinin də Livana səfərinin təşkil olunması məsələsi müzakirə olunmuşdur. Əldə olunmuş razılığa görə təşkil olunacaq fəaliyyətdə “İRƏLİ” İctimai Birliyinin də iştirakı müzakirə olunmuşdur.

 

“Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsinin Şəki şəhərində təlimləri start götürmüşdür

Şərh yazın

15 Noyabr 2010-cu ildə Şəki Şəhər Gənclər İdman dairəsinin akt zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, USAID, Conterpart Azerbaijan-ın dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsinin ilk zonal təliminin açılış mərasimi olmuşdur.

Açılış mərasimində “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin rəisi Rəfael Manafov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və İsmayıllı şəhər Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli çıxış edərək layihənin məqsədi və keçirilməsinin vacibliyi barədə söhbət açmışlar.

Şəki, Zaqatala və İsmayıllı rayonlarının daxil olduğu zonadan ümumilikdə 30 nəfər 3 gün davam edəcək təlimlərdə ekspertlər tərəfindən liderlik, şəbəkələşmə, komanda işinin qurulması istiqamətində biliklər alacaqlar.

Növbəti təlimlər isə Gəncə və Sumqayıt şəhərlərində keçiriləcəkdir. Növbəti ilin əvvəlində isə bu layihə iştirakçılarının qatılacağı “Gənc Liderlər üçün Yaz Universiteti”nin təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi daim regionlardakı layihələrə xüsusi diqqət yetirir. “İnformasiya Texnologiyalar Akademiyası” və “Bələdiyyə-2009” layihələri ölkənin bütün rayonlarını əhatə edərək gənclərin böyük marağına səbəb olmuşdur.

This slideshow requires JavaScript.

Gənc liderlərin şəbəkələşmə bacarıqlarının artırılması layihəsi / I Zona – Şirvan təlimləri

Şərh yazın

1 Noyabr 2010-cu ildə Şirvan Şəhər Gənclər İdman dairəsinin akt zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, USAID, Conterpart Azerbaijan-ın dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsinin ilk zonal təliminin açılış mərasimi olmuşdur.

Açılış mərasimində “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev və rayon İcra Hakimiyyətinin nümayəndəsi Adıgözəl Gözəlov çıxış edərək layihənin məqsədi və keçirilməsinin vacibliyi barədə çıxış etmişlər.

Şirvan, Sabirabad və İmişli rayonlarının daxil olduğu zonadan ümumilikdə 30 nəfər 3 gün davam edəcək təlimlərdə ekspertlər tərəfindən liderlik, şəbəkələşmə, komanda işinin qurulması istiqamətində biliklər alacaqlar.

Növbəti təlimlər isə Şəki, Gəncə və Sumqayıt şəhərlərində keçiriləcəkdir. Növbəti ilin əvvəlində isə bu layihə iştirakçılarının qatılacağı “Gənc Liderlər üçün Yaz Universiteti”nin təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi daim regionlardakı layihələrə xüsusi diqqət yetirir. “İnformasiya Texnologiyalar Akademiyası” və “Bələdiyyə-2009” layihələri ölkənin bütün rayonlarını əhatə edərək gənclərin böyük marağına səbəb olmuşdur.

www.ireli.az

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers