Qış Universiteti iştirakçılarına diplomlar təqdim olundu

Şərh yazın

Azərbaycan Tarixi Poratlı təqdim olundu

1 şərh

Ceyhun Osmanlı

24 Aprel 2010-cu il tarixində, saat 11:00-da Park Inn mehmanxanasının “Dan ulduzu” zalında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azerfon MMC, “HP” şirkəti və “İRƏLİ” ictimai birliyinin tərəfdaşlığı ilə “İRƏLİ” Tarix Mərkəzi tərəfindən hazırlanmış www.history.az adlı Azərbaycan Tarixi Portalının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkillərindən Əhməd Vəliyev, Jalə Əliyeva, Rauf Əliyev, Zahid Oruc, Gövhər Baxşəliyeva, Nazim Məmmədov, Asim Mollazadə, Fazil Mustafa və digərləri, Azəbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, “NOVCO” şirkətlər qrupunun prezidenti Fərid Novruzi, “HP” şirkətinin nümayəndəsi Rasim Bəxşi, “Azərfon” şirkətinin baş əməliyyat direktoru Feliks Vass, “Successful Strategies” şirkətinin prezidenti Faiq Bağırov, “GRBS” şirkətinin prezidenti Bəhram Qurbanov, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə və digər qonaqlar, dövlət rəsmiləri iştirak etmişlər. “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı yaradılmış portal haqqında ətraflı məlumat verərək, portalın ərsəyə gəlməsində iştirak etmiş tərəfdaşlara minnətdarlığını bildirmişdir. Qonaqlardan Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, “Azərfon” şirkətinin baş əməliyyat direktoru Feliks Vass, “HP” şirkətinin nümayəndəsi Rasim Bəxşi, millət vəkillərindən Gövhər Baxşəliyeva, Asim Mollazadə çıxış edərək Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında portalın öz töhfəsini verəcəyini qeyd etmişlər. Daha sonra isə “İRƏLİ” Tarix Mərkəzinin rəhbəri Aliyə Qurbanova portal haqqında qonaqları məlumatlandırmışdır. Sonda isə “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin təşkilatçılğı ilə keçirilmiş “Gənc Liderlər üçün Qış Universiteti” layihəsinin iştirakçılarına diplomlar təqdim olunmuşdur.

“İRƏLİ” İctimai Bİrliyinin keçirdiyi “Gənc Liderlər üçün Qış Universiteti”nin filmi

1 şərh

Gənc Liderlər üçün Qış Universiteti



More

31 Mart Azərbaycanlıların soyqırımı günüdür.

Şərh yazın

e-attack

Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə keçirilən silsilə tədbirlərin davamı olaraq “İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Mərkəzi” “Qarabağ – o sənə düşündüyündən daha yaxındır” adlı aksiyaya start vermişdir. Aksiya simvolik xarakter daşıyaraq, insanlara işğal olunmuş bölgələrimizə olan məsafənin bir çox digər rayonlarımıza olan məsafədən daha yaxın olduğunu göstərəcəkdir. Layihə çərçivəsində hazırlanmış posterlərdə bölgələrimizin işğal tarixləri və onlara qədər olan məsafə kilometrlərlə göstərilmişdir. Hazırlanmış posterlər Azərbaycanın bütün ali və orta ixtisas məktəblərində, həmçinin Bakı şəhərinin müxtəlif elan lövhələrində vurulacaqdır. Bundan başqa 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 12 mindən çox müxtəlif yerli və beynəlxalq təşkilatların, dövlət strukturlarının elektron ünvanlarına müxtəlif dillərdə tərcümə olunmuş məlumatlar göndərilir. 5 minə yaxın ünvan müxtəlif ölkələrin dövlət qurumları, parlamentləri, beynəlxalq təşkilatları, qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, 7 minə yaxın ünvan isə xaricdə yaşayan internet istifadəçilərinin ünvanlarıdır. Məktublarda 31 Mart – Azərbaycanlıların soyqırımını 5 dildə bəyan edən məlumatlar, faciənin tarixinə həsr olunmuş video və müvafiq saytların ünvanları göstərilmişdir. Aksiya eyni zamanda, Gəncə şəhərində də paralel olaraq keçirilir. Elektron aksiya gün ərzində davam edəcəkdir.

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers