“İRƏLİ” İctimai Birliyinin üzvləri 29 mart tarixində Moskvada törədilmiş terror aktı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq bu gün Rusiyanın Azərbaycandakı səfirliyinin önünə əklil qoyublar.
“İRƏLİ”-nin baş katibi Rauf Mərdiyevin Milli.Az xəbər portalına verdiyi məlumata görə, aksiya iştirakıçılarını Rusiya səfirliyinin konsulu qarşılayıb. “İRƏLİ” İctimai Birliyinin üzvləri həlak olanların qohumlarına və yaxınlarına, bütün Rusiya xalqına başsağlığı veriblər, yaralıların isə tezliklə şəfa tapmasını diləyiblər. Hərəkatın Moskvadakı terror aktını pisləyən bəyanatı rusiyalı diplomata təqdim olunub. Bəyanatda deyilir: “29 mart 2010-cu il tarixində Moskva metropolitenində baş vermiş terror aktı bizi sarsıdıb. Azərbaycan xalqı da buna bənzər terror hadisələrindən əziyyət çəkib. Buna 1994-cü ildə Bakı metropolitenində baş vermiş oxşar terror aktını misal göstərmək olar”.
Səfirliyin konsulu isə nümayiş etdirdikləri həmrəyliyə və verdikləri dəstəyə görə, “İRƏLİ” üzvlərinə təşəkkürünü bildirib.
Twitter
Facebook



