Day.az-ın verdiyi məlumata görə bu gün H. Əliyev küçəsi 53 ünvanında bir nəfər vətəndaş özünü partladaraq intihar edib. Ərazi polis tərəfindən mühasirəyə alınıb.

Blogging … since 2007
Dekabr 30, 2009
Society bakı, hadisə, intihar, partlayış, qətl 1 şərh
Day.az-ın verdiyi məlumata görə bu gün H. Əliyev küçəsi 53 ünvanında bir nəfər vətəndaş özünü partladaraq intihar edib. Ərazi polis tərəfindən mühasirəyə alınıb.

Dekabr 27, 2009
Azerbaijan, INTERNET axtarış, axtarış sistemi, Azerbaijan, azərbaycan, aznet, Baku, ən çox axtarılan sözlər, google trends, google.az, top search 1 şərh

2009-cu il sona çatmaq üzərədir. Bu il bir çox hadisələr, yeniliklər və rəqəmlərlə yadda qaldı. Dünyanın bütün media orqanları hal-hazırda 2009-cu ilin müxtəlif TOP list-lərin tərtib etməklə məşğuldurlar.
Mən də 2009-cu ildə Azərbaycan İnternet istifadəçiləri tərəfindən dünyanın 1 nömrəli axtarış sistemi olan Google-da ən çox hansı sözləri axtardıqlarını nəzərinizə çatdırıram. Beləliklə, azərbaycanlıların 2009-cu il ərində Google-da axratdıqları
ilk web-axtarış üçün 10 açar sözlər
1. скачать
2. mp3
3. video
4. nokia
5. az
6. azerbaycan
7. google
8. игры
9. msn
10. mail.ru
Dekabr 25, 2009
Azerbaijan, IRELI PU, Society, Youth 1 yaş, ceyhun osmanlı, IRELI Public Union, irəli, irəli ictimai birliyi, irəli təşkilatı, jeyhun osmanli Şərh yazın
Ceyhun Osmanlı – “İRƏLİ” İctimai Birliyinin sədri: İRƏLİnin son bir il ərzində görülən fəaliyyətini xarakterizə edən əsas bir neçə məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Birincisi İRƏLİ artıq Azərbaycanın bütün regionlarını əhatə edə bildi. Layihələrin miqyası və əhatə dairəsi genişlənərək 56 rayonu əhatə etdi və artıq İRƏLİ bütün Azərbaycanın təşkilatı oldu. İkinci bir məqam ondan ibarətdir ki, artıq son 4 il ərzində İRƏLİ içində olmuş insanlar və 4 il ərzində İRƏLİyə qoşulan insanların səsləri tək Azərbaycandan yox, Avropanın, ABŞ-ın, Rusiyanın müxtəlif şəhərlərindən gəlməyə başladı. Bunlar istər xaricə gedən gənclər, istər təhsil alan gənclər, istərsə də orada çalışan gənclər olsun. Beləliklə bu da İRƏLİnin tək Azərbaycanda yox, xaricdə də təxminən son bir il ərzində gücləndiyini deməyə əsas verir. Üçüncü İRƏLİ çox yaxşı bir qeyri-hökumət təşkilatı modelini yarada bildi. Hansıki müstəqil, çox tərəfli və çox spektorlu əməkdaşlığa üstünlük verən, biznes, dövlət strukturları, media, digər ictimai təşkilatlar, beynəlxalq təşkilatlarla bərabər əməkdaşlıq edən bir qurum, yaxşı bir korporativ əməkdaşlıq modeli yaradan bir təşkilat olaraq səciyyələndi. İRƏLİ fəaliyyətini çox yaxşı bir strateji planlaşdırmaya əsasən qurdu və strateji planlaşdırmaya uyğun olaraq 2009-cu il və 2010-cu ilin may ayına kimi fəaliyyətimiz təxminən 100 min insanı əhatə edir və edəcəkdir. İRƏLİnin Hərəkatdan qabaq üzvlərinin sayı təxminən 6 min idisə, bu gün artıq İRƏLİnin üzvlərinin sayı 10 mini keçib. Eyni zamanda onu da qeyd edim ki, İRƏLİ ictimaiyyətlə əlaqələrini ən gözəl şəkildə quran təşkilatlardan biri olaraq insanların yadında qaldı. İRƏLİ brendi artıq heç kəsə yad deyil, bu ad artıq əksəriyyətə doğmadır. Əgər bir neçə il öncə İRƏLİni hər kəs tanımırdısa bu gün demək olar ki, Azərbaycanda İRƏLİ brendini tanımayan yoxdur. Ən gözəli də budur ki, İRƏLİ insanların yaddaşında əməli fəaliyyətlə qaldı. Təkcə son bir il ərzində İRƏLİ 20 uzunmüddətli, 100-dən artıq qısa müddətli layihələrin reallaşmasına imza atdı. Sonda bir şeyi də demək istəyirəm. Bütün bu uğurların qazanılmasında hər bir İRƏLİ üzvü bərabər əziyyət çəkdi.
Dekabr 24, 2009
Azerbaijan, Yazılarım bələdiyyə seçkiləri, rauf mərdiyev, təşəkkür, yasamal rayonu Şərh yazın

YSM - thx u all, thx 4 all
Bələdiyyə seçkilərində mənə dəstək olan hər bir şəxsə dərin təşəkkürümü bildirirəm. İstər seçkiyə qədər, istər də ondan sonrakı müddətdə yalnız qoymadınız.
Bu uzun yolu birgə addımladıq. Məktublarınız, zəng və sms-ləriniz, şərhləriniz, bölüşdüyünüz fikrilər məim üçün əvəzedilməz stimul oldu.
Çox sağ olun ki varsınız, çox sağ olun ki sizi tanıdım və çox sağ olun ki mənə bu şərəfi yaşatdınız.
Hər birinizə təşəkkürlər, hər şeyə görə təşəkkürlər!
Dekabr 22, 2009
Azerbaijan, Politics, Society 23 dekabr, bələdiyyə namizədlər, bələdiyyə seçkiləri 2009, statistik məlumat, www.cec.gov.az, www.infocenter.gov.az, www.msk.gov.az Şərh yazın
Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçiriləcəkdir. 1718 bələdiyyə üzrə 15 682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb. Qeydə alınmış namizədlərin 16 755-i siyasi partiyalar, 147 nəfəri təşəbbüs qrupları tərəfindən, 14 073 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədlərdən 319 nəfəri siyasi mənsubəyytini göstərməmiş, 11147-si bitərəfləri, digər namizədlər isə 29 siyasi partiyanı əhatə edirlər. Namizədlərdən 6108 nəfərini qadınlar təşkil edir. 15 773 namizəd ali təhsillidir. Vahid seçicilər siyahısında 4 600 minə yaxın seçicinin adı var.
Seçkiləri 50 minə yaxın müşahidəçi izləyəcək və onlardan 54-ü beynəlxalq müşahidəçidir ki, 13 beynəlxalq təşkilatı və 18 ölkəni təmsil edirlər. KİV-lərin səsvermə günü seçki məntəqələrindən məlumat alması üçün akkreditasiya tələb olunmur. Səsvermə 23 dekabrda saat 8.00-da başlayacaq, 19.00-da başa çatacaqdır. Səsvermənin gedişi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcəkdir.
Səsvermənin şəffaflığını təmin etmək məqsədilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır. İstənilən şəxs MSK-nın internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) daxil olaraq, həmin məntəqələrdə səsvermə prosesini fasiləsiz izləyə biləcəkdir.
Xatırladaq ki, 23 dekabr bələdiyyə seçkiləri Azərbaycan Respublikasında keçirilən ölkə miqyaslı üçüncü bələdiyyə seçkisidir. İlk bələdiyyə seçkisi 1999-cu ildə , ikincisi isə 2004-cü ildə keçirilib.
Dekabr 20, 2009
Azerbaijan, INTERNET, Society Azər Həsrət, aznet, Emin Axundov, Emin Hüseynov, ən yaxşı qeyri-kommersiya saytı, ireli.az, irəli, irəli ictimai birliyi, Milli Net 2009, milli net qaliblər, millinet.az, Nazim Rüstəmov, nominantlar, Osman Gündüz, Pərvin Əmirov, qimətləndirmə Şərhlər
www.ireli.az “ən yaxşı qeyri-kommersiya saytı” nominasiyasında 3-cü yerə layiq görüldü. Saytın topladığı ümumi bal 39, hər münsifdən orta bal 2,8.
Gəlin münsiflərin qiymətlərinə və şərhlərinə nəzər salaq.
İlk diqqətimi cəlb edən ballar arasında kəskin zidiyyət oldu. 3 maksimum və 2 minimum. Ən anormalı isə maksimum və minimum balların hər birinin “funksionallıq” bəndi üzrə verilməsidir. Bu tip yarışma və müsabiqələrdə təcrübəsi olan şəxs o dəqiqə burada nəyinsə yerində olmadığını müəyyən edəcəkdir. Düzdür, deyə bilərsiniz ki, münsiflər başqa-başqa insanlardır və onların fikirləri fərqli ola bilər. Amma, bu “dizayn” və ya “məzmun” kriteriyası üzrə olsaydı qəbul oluna bilərdi – zövqlər müxtəlifdir. Osman bəyin də qeyd etdiyi kimi münsiflərin bəziləri xarici ölkələrdə yaşayırlar, bir çoxları isə real həyatda tanış deyillər. Buradan nəticə çıxarmaq olar ki, hər bir münsif onun üzərinə düşən vəzifəni özü başa düşdüyü kimi yerinə yetirib. Nazim Rüstəmovdan funksionallıq anlayışının onun üçün nə anlama gəldiyini soruşmaq istərdim. Azər Həsrətdən də soruşmaq istərdim. Saytda axtardığı hansı məzmunu tapa bilməyib?
Dekabr 19, 2009
Azerbaijan, INTERNET azeri genocide, milli net, Milli Net 2009, milli net münsiflər, millinet.az, nominantlar, qaliblər, qiymətləndirmə, ranking, www.azerigenocide.wordpress.com 1 şərh
Milli Net münsiflət heyəti tərəfindən nominant saytlara verilən qiymətləri açıqladı. Belə ki, hər kəs öz hesabına daxil olaraq müsabiqəyə təqdim etdiyi sayta hansı münsifin nə qədər bal verdiyini və onun şərhlərini oxuya bilər. Milli Net 2009 “ən yaxşı fərdi sayt və bloq” nominasiyasında III yerə layiq görülən www.azerigenocide.wordpress.com bloqunun qiymətləndirilməsi və öz şərhlərimi diqqətinizə çatdırıram:
Bloqun topladığı ümumi bal 38, ortalama hər münsifin verdiyi bal 2,7-dir. Emin Hüseyinzadənin məzmuna 0 verməsini təəccüblə qarşıladım. Soyqırımla bağlı bloqda nədən bəhs edilməli idi ki, Emin bizə müsbət və ya mənfi qiymət versin? Ola bilsin kontentin bir nəçə dildə olması üzündən bu addımı atıb. Amma bu səbəb deyil: mövcud dillər arasında AZ da var. Üstəlik bu müzakirə mövzusu deyil. Bloq 1-ci mərhələni keçmişdi.
Rüstəm Əliyev funksionallığa 0 verməsini bütün bloqların wordpress platforması üzərində çalışması ilə əsaslandırıb. Doğurdan da indi blog və wordpress anlayışları sinonim kimi işlənirlər. Maraqlıdır, digər münsiflər funksionallığa görə bloqlara eyni qiymətlər veriblər ya nların yanaşması başqadır?
Bütün digər irad və təkliflərlə tamamilə razıyam. Bu bloqu 2008-ci ilin əvvəlində Azərbaycanda ilk kütləvi blogging təlimlərini keçdiyim uşaqlardan üçü ilə birgə hazırlamışdıq. Sonrada bir çoxumuzun hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işləri dayandırdıq. Unikal bir bloq deyil. Sadəcə uşaqların ilk zəhmətidir. Üstəlik müsabiqədə oxşar məzmunlu sayt barmaqla sayılacaq qədər idi. Bir sözlə, nəticə pis deyildi.
Dekabr 19, 2009
Azerbaijan, INTERNET ən yaxşı sayt, Milli Net 2009, Milli Net müsabiqəsinin qalibləri, qalib Şərh yazın
Milli Net 2009 -un QALİBLƏRİ
Korporativ
http://www.mazda.az qalib
http://www.azmuhasib.com 2-ci yer
http://www.qaradag-and.az 3-cü yer
http://www.duetdizayn.com nominant
http://www.ottoman.az nominant
Qeyri-kommersiya
http://www.adam.az qalib
http://www.karabakhblog.com 2-ci yer
http://www.ireli.az 3-cü yer
http://www.azpenalreform.az nominant
http://azhumanrights.az nominant
http://www.baku-icc-2009.az nominant
Dekabr 18, 2009
Azerbaijan, INTERNET, Yazılarım ambassador hotel, azərbaycanın ən yaxşı saytları, Baku, bakı, internet mükafatı, ireli.az, milli net, milli net 2009 qaliblər, millinet, www.adam.az, www.avtomobil.az, www.azadliq.az, www.azerbaijan.az, www.bsu.edu.az, www.evlenirik.biz, www.jurnalistler.com, www.mazda.az, www.milyarder.oyunlar.az, www.qol.az, www.taxes.gov.az 1 şərh

Milli Net
Bü gün Milli Net qaliblərinin elan olunması və mükafatların təqdimetmə mərasimi keçirildi. Ambassador Hotel-də baş tutan tədbirdə AzNetin ən tannmış simaları, başlayan və öz sözünü demiş developer-lər və nominant saytların təmsilçiləri iştirak edirdilər.
Tədbirin rəsmi açılışı çıxışlarla başladı. Çıxış edənlər Milli Net mükafatının önəmi və bu hadisənin vacibliyinə toxundular. Nitqlərdən sonra isə tədbirin ən önəmli və maraqlı həssəsinə keçid alındı – qaliblərin elan olunması. 63 nominant arasında 11 nominasiya üzrə ən yaxşı 3 sayt elan olundu. I yerin sahibiləri əsas mükafat tünc buta və diplom, II və III yerlərin sahibləri isə diplomlarla təltif olundular.
Biz də kənarda qalmadıq. Müsabiqəyə təqdim etdiyimiz saytlardan www.ireli.az “ən yaxşı qeyri-kommersiya saytı” nominasiyasında III yer, www.azerigenocide.wordpress.com “ən yaxşı fərdi səhifə və bloq” nominasiyasında III yerə layiq görüldü. Düzü, ireli.az-ın III yer tutması mənim üçün gözlənilməz oldu. Bu nominasiyada olan rəqiblərimizi incələmişdik və daha yaxşı nəticəyə ümid edirdik. Adam.az-ın hansi kriteriyalara görə bizi qabaqlaması maraqlıdır. Səbirsizliklə yaxın günlərdə Milli Netin rəsmi saytında yayımlanacaq səsvermə nəticələrini gözləyirik.
Vaxt itirmədən qalibləri diqqətinizə çatdırmaq istərdim:
Ən yaxşı korporativ sayt nominasiyası:
www.mazda.az
Ən yaxşı qeyri-kommersiya saytı nominasiyası:
www.adam.az
Ən yaxşı media saytı:
Dekabr 17, 2009
IRELI PU, Youth irəli, Nə? Harada? Nə zaman?, park inn, Qış Kuboku, Xəzər İntellektual Gənclər Klubu Şərh yazın
“İrəli” İctimai Birliyi və “Xəzər İntellektual Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycanda insan kapitalının inkişafı” istiqamətində tövsiyyələrinə uyğun olaraq 1 Oktyabr 2009 – cu il tarixindən etibarən Azərbaycanın bütün bölgələrində, o cümlədən ali məktəblərində gənclərin intellektual inkişafını stimullaşdırmaq məqsədi ilə “Nə? Harada? Nə zaman?” intellektual ayihəsinə start vermişdir.
1 Oktyabr – 1 dekabr 2009-cu il tarixlərində qeyd olunan layihə çərçivəsində Bakı şəhərində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Payız Kuboku” turniri keçirilmişdir. Turnir çərçivəsində 31 – dən çox ali məktəbin 220 – dən çox komandası iştirak etmişdir. 15 noyabr 2009 – cu il tarixində “Park İnn” otelində növbəti mərhələyə vəsiqə qazanan 30 komandanın iştirakı ilə “Payız Kuboku”nun final mərhələsi təşkil olundu və 3 komanda müvafiq olaraq 1, 2, 3 – cü yerləri tutdular.
19 dekabr 2009-cu il saat 11:00-da “İrəli” İctimai Birliyinin mərkəzi qərargahında qalib gələn komandaların medal, kubok, sertifikatlar və hədiyyələrlə mükafatlandırılması və layihənin davamı olan “Qış Kuboku”nun elan olunması ilə bağlı mətbuat konfransı təşkil olunacaqdır.