OLum ya ÖLüm?

Şərhlər

OLympique Lyonnais

WordPress-in Azərbaycan bloqlarına aid bölməsində gəzişərkən çox əyləncəli bir yazı ilə qarşılaşdım və öz fikrilərimi sizlərlə bölüşmək istədim.

Zatən bu cəmiyyətdə hansısa mövzu yerli-yersiz top-da olmalıdır. Məsələn donuz qripi və bloqçuların həbsi. Kimə hansı mövzu sərf edirsə  onu da təkidlə yuxarıya itələyir (son istifadə tarixinə baxmadan) və burada əsas diqqət mövzunun və ya onun kütləyə hansı tərzdə çatdırılmasına yönəldilmir. Yetər ki sən də de, sən də çək, sən də yaz.

Elnur bəyin yazısı da ilk abzasları oxuyan kimi tələsik və nəyinsə xatirinə yazılmış bir yazıya bənzəyir. Sanki müəllif “mən tez yazım, yoxsa məndən qabaq yazarlar” düşüncəsi ilə komp qarşısında əyləşib. Nəysə, onsuz da yazanlar olub və olacaqdır. Bu nə ilkdir nə də son.

Keçək məqaləyə. Ölmüş söhbətlər yenə  canlanır. Bir müddət oncə İRƏLİ AzNet istifadəçilərini bələdiyyə seçkilərində iştirak edəcək gənc namizədlərə səs verməyə çağıran afişalar yaydı və onlar kiməsə “batdı”. Elə həmin gündən başlayaraq bir qrup şəxs (əsasən də OLçular) ənənəvi çığır-bağır taktikasından istifadə edərək artıq özlərini evlərindəki kimi hiss etdikləri İRƏLİnin kölgəsində İRƏLİni ittiham etməyə başladılar. Sən demə Azərbaycanda istər üzvlərinin sayına, istərsə də onların intellektual bacarıqlarına görə ən yaxın izləyicisindən ən azı 7 dəfə qabaqda olan İRƏLİ hansısa 2-3 nəfərin ideyasını oğurlayıb və onu özününkü kimi qələmə verib. More

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

Şərh yazın

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.

Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgə yaşayışın, əmin-amanlığın və dözümlülük mühitinin formalaşmasında islam dininin də müstəsna rolu olmuşdur.

Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Əziz bacı və qardaşlarım!

Bu müqəddəs bayram günlərində bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bələdiyyə namizədi olan bəzi gənclərin seçkiqabağı təbliğat materialları

Şərhlər

Seçkilərə az qalıb. Təbliğat-təşviqat mərhələsinin başlanmasına isə daha az. Namizədlikləri qeydə alınmış bəzi gənclər artıq İnternet məkanında fəaliyyətə başlayıblar. Bu baxımdan Facebook xüsusi aktivliyi ilə seçilir. Burada namizədlərin həvəskar hazırlanmış posterləri, sloqanlar, qruplar və fan page-ləri görmək olar. Qısa axratışımın nəticələrin sizlərlə bölüşmək istərdim.

Bələdiyyələrlə bağılı FB qruplar:

Bələdiyyə seçkiləri 2009 – 208 üzv ( http://www.facebook.com/group.php?gid=171794106701&ref=search&sid=588227025.615725875..1 )

Azərbaycan Bələdiyyə seçkiləri 2009 – 398 üzv (http://www.facebook.com/group.php?gid=170029464365&ref=search&sid=588227025.615725875..1)

Namizədlərin Fan Page-ləri:

Geysar Gurbanov  – 327 fans /other public figure (http://www.facebook.com/pages/Geysar-Gurbanov/165584353339)

Rauf Mardiyev – 57 fans /other business (http://www.facebook.com/pages/Baku-Azerbaijan/Rauf-Mardiyev/146417180772?ref=ts)

Anar Orucov – 1 fan / politican (http://www.facebook.com/raufray?success=1#/pages/Anar-Orucov/181506518278?ref=sgm)

Namizədlərin poster və sloqanları:

Sənin səsin, sənin bələdiyyən / İRƏLİçilərin qısqanclıqla qarşılanan posterləri

Vote for young candidates / english version

Rauf Mərdiyev / bəzilərinin fikrincə Obama stilindədir

More

Yeni Bakı – 3 / New Baku – 3

Şərh yazın

Hörmətli oxucu, çoxsaylı istəklərinizi nəzərə alaraq Yeni Bakı silsiləsindən növbəti postu sizə təqdim edirəm. Burada artıq tikilməkdə olan və layihəsi qəbul olunmuş tikililər haqqında məlumat verilir. Dial-up istifadəçilərini nəzərə alaraq şəkillər kiçik ölçüdə yerləşdirilib.

Bayraq Meydanı ( 80x60 dünyanın ən böyük bayrağı bu meydanda dalğalanacaq )

Crystal Plaza (Caspian Plaza ilə üz-üzə)

More

Bələdiyyə seçkilərinə namizədlərin siyahısı açıqlandı

Şərh yazın

Mərkəzi Seçki Komissiyası 23 dekabr Bələdiyyə seçkilərində iştirak edəcək şəxslərin adları və onlar haqda məlumatlar olan siyahını rəsmi saytında yerləşdirib. Aşağıdakı linkə daxil olaraq öz bələdiyyə namizədlərinizlə tanış ola bilərsiniz.

http://www.infocenter.gov.az/v3/index.php

Ən etibarlı notbuklar hansılardır?

Şərhlər

Dünyanın ən dözümlü 9 notbuku

SquareTrade kompaniyası dünyanın ən dözümlü 9 notbukunun sıralamasını açıqlayıb. Sıralama istifadəsinə başlandıqdan 3 il sonra notbukların sıradan çıxma faizinə görə hesablanıb. Nə qədər təəccüblü görünsə də Apple notbukları bu sıyahıda 4-cu yerdədir. Özümün istifadə etdiyim Toshiba və HP notbuklarının siyahıda yeri isə məni tam qane edir. 3 ildir istifadə etdiyimə baxmayaraq Toshiba Satellite 6 aylıq HP Compaq-dan heç də geri qalmır ( zəifləmiş batareyanı çıxmaq şərtilə ). Ümumiyyətlə HP-in hardware problemləri ilə son zamanlar daha tez-tez qarşılaşıram.

İndi isə SquareTrade-in dünyanın 9 ən dözümlü notbuku sıralamasın diqqətinizə çatdırıram:

  1. Asus – 15.6 %
  2. Toshiba – 15.7 %
  3. Sony – 16.8 %
  4. Apple – 17.4 %
  5. Dell – 19.3 %
  6. Lenovo – 21.5 %
  7. Acer – 23.3 %
  8. Gateway – 23.5 %
  9. HP – 25.6 %

Media FM-in “İRƏLİdə” verilişinin qonağı oldum

Şərh yazın

Media FM "İRƏLİdə" verilişi

Bu gün Media FM-in “İRƏLİdə” verilişinin qonağı oldum. Mövzu dekabrın 3-4-ü keçiriləcək I Milli İnternet Forumla bağlı idi. Digər qonaqlar Eldar Cahangirov – Microsoft Azərbaycan şirkətinin əməkdaşı və Həsən Əsgərov – Azerfon şirkətinin korporativ məhsulların hazırlanması üzrə meneceri idi. Bir saat müddətində Azərbaycanda olan IT mühit, tətbiq olunan yeniliklər və planda olan fəaliyət istiqamətləri barədə maraqlı fikir mübadiləsi apardıq. Belə aktual mövzunu gündəmə gətirdiklərinə görə Media FM kollektivinə xüsusuilə Tural və Məryəmə xüsusi təşəkkürlər.

Qeyd edim ki, I Milli İnternet Forum Yumroo şirkətinin təşəbbüsü ilə 3-4 dekabr tarixləri arasında keçiriləcək. Maraqlananlar aşağıdakı linkdən istifadə edə bilərlər: http://internetforum.az/

Odnoklassniki-də İzzət Bağırov, Facebook-da Eldar Namazov

Şərh yazın

Bir neçə gün öncə Facebook istifadəçiləri arasında Eldar Namazovu görəndə sevindim, siaysətçilərimiz də müasirliklə ayaqlaşmağa başlayıblar deyə fikirləşdim. Amma sevincim uzun sürmədi. Eldar müəllim etidiyi açıqlamada Facebook istifadəçisi olmadığını və həmin şəxsin onun adından istifadə etdiyini bəyan etdi. Dərhal yadıma bir neçə ay bundan öncə müğənni İzzət Bağırovun başına gələn hadisə düşdü. O zaman da kimsə müğənninin adından istifadə edərək Odnoklassniki saytında account yaratmış və zərif cinsin nümayəndələrindən telefon nömrələri toplamağa başlamışdı. Müğənni maqazin verlişlərində həmin şəxsə hədə-qorxu gəldikdən sonra həmin account yoxa çıxdı. Bizim müğənnilərin ucuz reklam üçün istənilən yola əl atabiləcəkləri hər kəsə məlumdur. Ona görə də, müqayisəni yersiz sayanlar olacaqdır. Amma gəlin unutmayaq ki, motiv nə olursa-olsun onları birləşdirən e-cinayətkarlıqdır.

More

Hazırki bələdiyyə üzvlərinin 58 faizi yenidən üzv kimi seçilmək niyyətində deyillər

Şərh yazın

Municipality.az saytının keçirdiyi rəy sorğusuna görə, dekabr ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə bələdiyyə üzvlərinin 58 faizi yenidən üzv kimi seçilmək niyyətində deyillər. Rəyi soruşulanların yalnız 29 faizi bu qərarda olduğunu bildirib…

13 faizi isə hələ öz qərarlanı müəyyən edə bilməyiblər. “Siz bir seçici olaraq daha çox kimləri bələdiyyə üzləri kimi görmək istərdiniz”, sualına rəyi soruşulanların 62 faizi gəncləri, 22 faizi özlərini, 16 faizi suala cavb verməkdə çətinlik çəkdiklərinin bildiriblər. Yeni seçiləcək üzvlərin təhsilinə münsibət bildirərkən respondentlərin 74 faizi onların ali təhsilli olmalarını vacib saymışlar. 18 faiz bunun elə də bir əhəmiyyət kəsb etmədiyinin bildirmiş, 8 faiz isə qeyri müəyyən cavab vermişlər.

Facebook səhifəmdə eyni başlıqda statusuma yazılan şərləri diqqətinizə çatdırmaq istərdim.

Rauf Ray Hazırki bələdiyyə üzvlərinin 58 faizi yenidən üzv kimi seçilmək niyyətində deyillər. Səbəb?

Rasif Dunyamaliyev
Torpaq satmaq selahiyyetlerini ellerinden aliblar.Gelir yoxdur daha bu isde. Buna gore.

Mammadov Huseyn
Rauf bey artiq satdiqlarini satiblar..satdiqlarinin ekseyiyyeti savadsiz reiyyeti aldadib satdiqlari senedsiz torpaqlardi ki..daha o mesiiyyetden qachmaq isteyirler:)

More

Windows 7-də nələr var? / VIDEO

Şərh yazın

22 oktyabrda yeni Windows 7 əməliyyat sistemi rəsmən satışa buraxıldı. 3 hissədən ibarət videorolikdə Windows 7 ilə yaxından taniş ola bilərsiniz:

More

Əvvəlki yazılar

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers