Honka 0 – 1 Qarabağ FK
İyul 30, 2009
Football, Video champions league azerbaijan, garabakh fk, honka, qarabağ fk Şərhlər
İRƏLİ İctimai Birliyi Qazaxda “Gənc liderlər üçün yay universiteti” təşkil edir
İyul 24, 2009
Announcement, IRELI PU, Youth Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “İRƏLİ” İctimai Birliyi, Gənc Liderlər üçün Yay Universiteti, irəli ictimai birliyi, Qazax Şərhlər

İRƏLİ İctimai Birliyi
“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası birgə olaraq 8-17 Avqust 2009-ci il tarixləri arasında Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihəyə start verir.
Qeyd etmək lazımdır ki, Yay Məktəbini iştirakçıların sayına və proqramın zənginliyinə görə son illərin Azərbaycanda keçirilən ən yaxşı düşərgəsi hesab etmək olar.
Layihə çərçivəsində 100 nəfər gənc lider üçün Ritorika və Natiqlik bacarıqları, Liderlik təlimləri, İşgüzar Etiket, Layihələrin yazılması və İdarə olunması, İnsan hüquqları, Şəbəkələşmə, Müasir İnternet Texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və Azərbaycançılıq ideyası haqqında mühazirələr keçiriləcəkdir.
Bununla yanaşı gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaqdır.
Yay Universiteti çərçivəsində həmçinin gənclər ətraf rayonlara müxtəlif səfərlər edəcək, o cümlədən sərhədyanı hərbi hissəni ziyarət edəcəklər.
Düşərgə iştirakçılarının gələcəkdə dövlət qulluğuna cəlb olunması baxımından da əhəmiyyəti vardır. Bunun üçün gənc liderlərin hazırılığına xüsusi diqqət ayırılacaq, gənclərin müxtəlif dövlət xadimləri – Prezident Administrasiyasının şöbə müdirləri, nazirlər, millət vəkilləri və digər ekspertlər ilə görüşləri və interaktiv müzakirələri reallaşdırılacaqdır.
Layihədə ictimai fəal 100 gənc iştirak edəcəkdir. Bu gənclər əsasən “İRƏLİ” İctimai Birliyinin fəalları, müxtəlif gənclər təşkilatları və ali məktəblərin tələbə-gənclər təşkilatlarının liderlərindən ibarət olacaqdır.
Qarabağ FK 1-0 Rosenborg / Video
İyul 24, 2009
Football, Video garabag fc, karabakh fc, qarabağ, qarabağ fk, rashad sadiqov, rəşad sadiqov qol, rosenborg Şərh yazın
Qarabağ tarix yazdı
İyul 23, 2009
Football azersun, karabakh fc, qarabağ, qarabağ fk, rosenborg - garabag 1 şərh

Qarabağ FK
Avropa Liqasının 2-ci təsnifat mərhələsində T. Bəhərmov adın Respublika stadionunda Norveçin “Rosenborq” klubu ilə qarşılaşan ”Qarabağ” rəqibi 1-0 ( R.Sadıqov 45′ ) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Klublar arasında ilk oyun qolsuz heç-heçə ilə başa çatmışdır.
Maraqlı bir məqam isə, oyunun Ağdamın işğalının 16-cı ildönümünə təsadüf etməsi idi.
3-cü təsnifat mərhələsində “Qarabağ“-ın rəqibi Finlandiyanın “Honka” klubudur. Oyunlar 30 iyul və 6 avqust tarixlərində keçirilicəkdir. Komandamıza uğurlar arzu edirəm!
Bakı Erkanas səddini asanlıqla keçdi
İyul 21, 2009
Football baki erkanas, baki levski, bakı fc Şərhlər
21 iyul Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan çempionu Bakı klubu Ekranası 4-2 hesabı ilə məğlub edərək ( ilk oyun 2-2 ) növbəti mərhələyə yüksəlib. Bu qələbə sayəsində klubumuz 2009-2010 mövsümündə avrokuboklarda ən azı 4 oyun keçirmək şansı əldə edib. Belə ki, Çempionlar Liqasının 3-cü kvalifikasiya mərhələsində Bolqarıstanın Levski klubu ilə qarşılaşacaq Bakı, qələbə qazandığı təqdirdə 4-cü mərhələyə adlayacaq. Məğlub olsa isə Avropa Liqasının 4-cü kvalifikasiya mərhələsinə düşəcək.
Çempionlar Liqasının 4-cü kvalifikasiya mərhələsində isə Bakı, qələbə qazandığı təqdirdə qrup mərhələsinə adlayacaq. Məğlub olduğu təqdirdə isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. Komandamıza uğurlar arzu edirik.
Qollar:
60′ [1 - 0] F.F. Almeida
66′ [2 - 0] A. Mujiri
77′ [3 - 0] F.F. Almeida
81′ [3 - 1] D. Matovic
90′ [4 - 1] A. Solic
90′ [4 - 2] D. Gleveckas
www.ireli.az -ın ekskluziv görüntüləri
İyul 20, 2009
INTERNET, IRELI PU ireli.az, irəli ictimai birliyi, irəli yeni sayt 1 şərh
İRƏLİ İctimai Birliyinin rəsmi saytını ilk görüntüləri ( qeyd edim ki, sayt hələ istifadəyə verilməyib ) :

ireli.az

ireli.azireli.az
Qayıtdım
İyul 19, 2009
Cəhənnəmdən cənub istiqamətdə hərəkət etsən Yevlaxa çatarsan…
Söz verdiyim kimi yeniləşmiş bir bloqla qarşınızdayam. Bloqun əvvəlki məlumatları saxlanılıb. 1 illik fasilədən sonra yenidən başlayıram.
UEFA Champions League 2009-2010 / Ekranas (Lithuania) 2-2 FC Baki (Azerbaijan) VIDEO
İyul 14, 2009
Football, Video baki 2-2 erkanas video, baki erkanas, Ekranas (Lithuania), FC Baki (Azerbaijan), UEFA Champions League 2009-2010, VIDEO baki fc Şərh yazın
Bloq müvəqqəti işləməyəcək
İyul 11, 2009
Announcement, Random raufray blog, tezliklə Şərh yazın

- I’m getting more radical… Blog is coming soon!
Hörmətli oxucu,
texniki səbəblərə görə yaxın bir həftə ərzində blogun fəaliyyətini müvəqqəti dayandırmaq məcburiyyətindəyəm.
- 1 il ərzində hərbi xidmət
- 1 il ərzində WordPressdəki yeniliklər
- Upgrade işləri
İnşallah 19 iyul yeniləşmiş blogla qarşınızdayıq. Hər birinizi dəvətlisiniz. Giriş sərbəstdir.
Ünvan: www.raufray.wordpress.com
Hörmətlə,
RAUFRAY
Twitter
Facebook


